Accessibility links

Albaniya baş naziri müxalifət liderlərinə xəbərdarlıq edib


Albaniyanın Baş naziri Şali Berişa
Albaniyanın Baş naziri Şali Berişa

Albaniya baş naziri müxalifət liderlərinə xəbərdarlıq edib. Baş naziri Sali Berişanın sözlərinə görə, hər hansı bir hökumət binası nümayişçilər tərəfindən hədəf alınsa, bu, müxalif Sosialist Partiyasının lideri Edi Ramaya baha başa gələcək. Dünən Rama keçən həftə öldürülən 3 nümayişçidən birinin dəfn mərasiminə qatılıb və o, insan tələfatına görə cənab Berişanı günahlandırıb. Hökumət əleyhinə nümayişlərdə baş qaldırmış 3 nəfərin ölümü ilə nəticələnən zorakılıqlara görə Rama və Berişa bir-birini ittiham edib.

XS
SM
MD
LG