Accessibility links

Albaniyada müxalifət hökuməti korrupsiya və seçki saxtakarlığında ittiham edərək istefaya çağırıb


Albaniyada müxalifət hökuməti korrupsiya və seçki saxtakarlığında ittiham edərək istefaya çağırıb

Albaniyada müxalifət hökuməti korrupsiya və seçki saxtakarlığında ittiham edərək istefaya çağırıb

Ölkə baş naziri isə müxalifəti Tunis üslublu dövlət çevrilişinə cəhddə günahlandırır

Albaniyanın müxalif Sosialist partiyası hökumət əleyhinə etiraz aksiyalarını gücləndirəcəyinə söz verib. Paytaxtda təşkil edilmiş nünayişlərdən bir gün sonra ölkənin baş naziri isə müxlifəti dövlət çevrilişinə cəhddə ittiham edib. Dünən paytaxt Tiranada nümayişçilərin polislə toqquşması nəticəsində 3 nəfər həlak olub, 39 nəfər isə yaralanıb. Bu gün Sosialist partiyasının lideri və Tirana şəhər meri Edi Rama jurnalistlərə bildirib ki, ölənlər üçün yas tutulmasından sonra etiraz nümayişləri bərpa olunacaq. Cümə günü küçələrə çıxan ən azı 20 min insan hökuməti korrupsiya və seçki saxtakarlığında ittiham edərək istefaya çağırmışdı. Albaniya baş naziri Sali Berişa müxalifəti “Tunis üslublu” çevriliş etməyə cəhddə günahlandırıb. Albaniyada müxalifət partiyaları baş nazir Sali Berişanın partiyasını 2009-cu ilin İyun ayında keçirilən parlament seçkilərində saxdakarlıq etməkdə günahlandırır və seçkilərin nəticələrini tanımır.

XS
SM
MD
LG