Accessibility links

“Rollin in the deep” mahnısının ifaçısı Adel ilk körpəsini gözləyir. Britaniyalı müğənni sevgilisi Simon Koneçkidən hamilə qaldığını özü təsdiq edib.

Adel pərəstişkarlarının xəbəri bilavasitə onun öz dilindən eşitmək istədiyini deyib və sevincinin həddi hüdudu olmadığını əlavə edib.

24 yaşlı müğənni Adel və yaxın zamanlarda ata olacaq Simon ötən il yayda Böyük Britaniyada tanış olub və o zamandan bəri görüşürməyə başlayıblar.

Bu Adelin ilk, Koneçkinin isə ikinci övladı olacaq. Koneçkinin bundan əvvəlki nigahdan bir qızı var.
XS
SM
MD
LG