Accessibility links

Erkən qış soyuqları Livana qar, yağış və güclü küləklər gətirməklə, səfalət içində yaşayan 1.4 milyon suriyalı qaçqının vəziyyətini daha da ağırlaşdırıb.

Aleksa adlı çovğun qaçqınların Livanın qeyri-rəsmi şəkildə məskunlaşdığı şimalında və Bekaa vadisinin bəzi ərazilərində temperatur kəskin şəkildə aşağı salıb.

İnsanlar çadırların uçmaması üçün kisələri palçıqla doldurub, maşın təkərləri və kərpicləri çadırların ətrafına və üstünə qoyub.

Livanda 835 mindən çox qaçqın çadır düşərgələri, istifadəyə yararsız binalar və qohum və ya dostlarının evlərində sığınacaq tapıb.

Livan hökuməti qaçqınların bu ölkədə daim qalacaqlarından ehtiyat edərək onların rəsmi düşərgələrə yerləşdirilməməsi qərarına gəlib.

Hələb şəhərinin sakinləri vəziyyətin acınacaqlı olduğunu deyir.

Livanın sinoptikləri Aleksa çovğununun şənbə günü gecəyədək davam edəcəyini və bəzi dağlıq bölgələrdə temperaturun mənfi yeddi dərəcəyə eəcəyini proqnozlaşdırır.
XS
SM
MD
LG