Accessibility links

Aleksandr Lukaşenko yenidən qalib gəldi


Aleksandr Lukaşenko yenidən qalib gəldi

Aleksandr Lukaşenko yenidən qalib gəldi

Seçki komissiyasının açıqladığı nəticələr prezident Lukaşenkonun səslərin 80%-ni aldığını göstərib

Belarusda polisin müxalifətin nümayişçilərini dağıtmasından və müxalif namizədlərin həbs edilməsindən sonra prezident Aleksandr Lukaşenko dördüncü dəfə 5 illik müddətinə prezident seçkilərinin qalibi oldu. Seçki komissiyasının bu gün açıqladığı nəticələr prezident Lukaşenkonun səslərin 80 faizini aldığını göstərib. Müxalifət cənab Lukaşenkonun qələbəni seçkilərdə saxtakarlıqlara yol verildiyinə görə əldə etdiyinini desə də, Rusiyanın başçılıq etdiyi MDB-nin monitorinq qrupu seçkilərin legitim keçdiyini bildirib. Missiyanın başçısı Sergey Lebedev müxbirlərə deyib ki, seçkiləri izləyən müşahidəçilər tərəfindən seçkilər zamanı saxtaklarlığa yol verildiyinə dair heç bir fakt qeydə almayıblar.

Bazar günü seçkilər sona çatandan və seçki məntəqələri bağlanandan sonra polis paytaxt Minskdə keçirilıən etiraz aksiyasını dağıtmağa başlayıb.

XS
SM
MD
LG