Accessibility links

Aleksandr Murinson: Azərbaycan suveren torpaqlarının işğalı ilə bağlı mövqeyini göstərmək istəyir [Video-Müsahibə]


Aleksandr Murinsonla müsahibə
please wait

No media source currently available

0:00 0:05:55 0:00

Begin-Sədət Strateji Araşdırmalar Mərkəzinin eksperti, Vaşinqtonda Beynəlxalq Bahçeşehir universitetinin professoru Aleksandr Murinson Washington Times qəzetində yazdığı məqalədə təmas xəttində son gərginliklər və bunun regionun geo-siyasətinə təsirlərindən yazıb. Aleksandr Murinson Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibədə təmas xəttində atəşkəsin pozulması, region ölkələrinin reaksiyaları, Azərbaycan-İsrail münasibətlərindən danışıb.

Amerikanın Səsi: Siz Cənubi Qafqaz regionu ilə yaxşı tanışsınız və regionun geo-siyasəti haqda araşdırmalar aparmısınız. Keçən həftə atəşkəsin pozulmasını necə dəyərləndirirsiniz?

"Azərbaycan regionda yeni rol axtarır. Suveren torpaqlarının işğalı, Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı mövqeyini aydın göstərmək istəyir."-Aleksandr Murinson

Aleksandr Murinson: Atəşkəsin pozulması ilə bağlı iki versiya var. Bunlardan biri Ermənistan tərəfin versiyasıdır ki, atəşkəsi Azərbaycan ordusu pozub. Azərbaycan rəsmiləri isə dəfələrlə bildiriblər ki, hərbi əməliyyatlara ermənilər başlayıb, Azərbaycanın suveren ərazisinə atəş açıblar. Geosiyasətdən danışanda mənə belə gəlir ki, münaqişə Azərbaycanın regionda gücləndiyi yeni fonda baş verir. Çünki tam yəqinliklə Azərbaycan Cənubi Qafqazda ən mühüm və güclü ölkəyə çevrilib. Azərbaycan regionda yeni rol axtarır. Suveren torpaqlarının işğalı, Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı mövqeyini aydın göstərmək istəyir. Eyni zamanda, Azərbaycan çox mühüm geo-strateji layihə olan nəqliyyat dəhlizini həyata keçirmək istəyir. Azərbaycan rəsmiləri Xəzər dənizində yeni liman, əslində, üç limandan ibarət bir kompleks inşa edir. Onlar sadəcə neft ixrac edən enerji ölkəsindən regionda enerji nəqliyyat mərkəzinə çevrilmək və hadisələrə ölkənin təsirinin artırılmasını istəyir. Bu nəqliyyat dəhlizinin təhlükəsizliyinin təmin edilməsi bu mənada məntiqi görünür.

​Amerikanın Səsi: Region qüdrətlərinin Ermənistan-Azərbaycan təmas xəttində baş verənlərə reaksiyalarını necə qiymətləndirirsiniz?
"Ərdoğanla görüşlərində Əliyev öz mövqeyini və Dağlıq Qarabağda necə deyərlər, “dondurulmuş münaqişə”nin statusunun dəyişməməsi ilə bağlı narazılığını aydın ifadə edib və aydındır ki, o, dəstək alıb."-Aleksandr Murinson

Aleksandr Murinson: Rusiyanın reaksiyası gözlənilən idi, çünki Rusiya regionda hadisələrin inkişafına təsir göstərmək imkanını saxlamağa çalışır. Rusiya hər iki tərəfə ən müasir silah satır. Bircə fərq ondadır ki, Ermənistan Rusiyadan bu silahları bazar qiymətinə alır və ağır silahlara 2 milyard dollar sərf edib. Ermənistan raket texnologiyalarının, hərbi texnikanın və s. təkmilləşdirilməsi üçün 200 milyon dollarlıq kredit alır. Bu, aydındır. Rusiya cənub sərhədlərində hərbi əməliyyatların genişlənməsini istəmir. Mənə həm də aydındır ki, Ərdoğanla görüşlərində Əliyev öz mövqeyini və Dağlıq Qarabağda necə deyərlər, “dondurulmuş münaqişə”nin statusunun dəyişməməsi ilə bağlı narazılığını aydın ifadə edib və aydındır ki, o, dəstək alıb. O da mühümdür ki, hərbi əməliyyatlar həm Azərbaycan, həm də Ermənistan liderlərinin Vaşinqtonda olduğu vaxt baş verib. İlham Əliyev aprelin 1-də Baydenlə danışıqlar aparıb. Hərbi əməliyyatlar da aprelin 1-də 2-ə keçən gecə başlayıb. Amerika rəsmiləri bu hadisələrdən narazıdır. Bir mühüm məsələni qeyd etmək lazımdır ki, martın 31-də İsrail Azərbaycana lazerlə istiqamətləndirilən tanklara qarşı Lahad raketi verib. Azərbaycan bu raketi alan ilk ölkədir və bu ölkənin hərbi qabiliyyətinə üstünlük gətirir.

Amerikanın Səsi: Siz Azərbaycan, Türkiyə və İsrail arasında münasibətlər haqda araşdırmalar aparmısınız. İsrailin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi nədir?

"Bir mühüm məsələni qeyd etmək lazımdır ki, martın 31-də İsrail Azərbaycana lazerlə istiqamətləndirilən tanklara qarşı Lahad raketi verib. Azərbaycan bu raketi alan ilk ölkədir və bu ölkənin hərbi qabiliyyətinə üstünlük gətirir."-Aleksandr Murinson

Aleksandr Murinson: Rəsmi olaraq İsrail hökuməti münaqişədə heç bir tərəfi dəstəkləməmək kimi seçim edib. İsrailin Bakı ilə dost münasibətləri var. Aydındır ki, əgər Azərbaycana belə müasir hərbi texnika verilirsə, ölkənin hərbi qabiliyyəti artırılır. Bu da bu və ya başqa şəkildə ölkənin regionda gücə çevrilməsinə dəstək deməkdir. Bu, aydın şəkildə bunun nə demək olduğunu göstərir. Türkiyəyə gəldikdə Ərdoğan tərəfdən prezident Rivlinə bu yaxınlarda telefon zəngi, bir sıra cəhdlər, o cümlədən, mətbuata açıqlamalar və bəyanatlarda Türkiyə və İsrailin terrorizmə qarşı birgə mübarizə haqda çağırışlarına baxmayaraq, bu səylərin gerçəkləməsi belə görünür vaxt aparacaq.

Amerikanın Səsi: Bir sual da Yaxın Şərqdə vəziyyətlə bağlıdır. Hazırda İsrailin qonşuluğunda ciddi hadisələr cərəyan edir, Suriyada müharibə gedir. İsrail Suriya münaqişəsi ilə bağlı hansı mövqeyə malikdir?

"Aydındır ki, əgər Azərbaycana belə müasir hərbi texnika verilirsə, ölkənin hərbi qabiliyyəti artırılır. Bu da bu və ya başqa şəkildə ölkənin regionda gücə çevrilməsinə dəstək deməkdir."-Aleksandr Murinson

Aleksandr Murinson: İsrail bu münaqişənin bir hissəsi olmaq istəmir. Lakin buna baxmayaraq, İsrail müxalifətlə əlaqə qura bilib. Müxalif qüvvələrin bir hissəsi ilə əlaqə yaradılıb. Bu, Suriyanın siyasi gələcəyi ilə bağlı müzakirələri əhatə edir. İsrail Bəşar Əsədin hakimiyyətdə qalmasının tərəfdarı deyil. Lakin bu münaqişəyə aktiv şəkildə cəlb olunmaq istəmir. Bununla belə Suriyada vəziyyəti çox diqqətlə izləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG