Accessibility links

Vladimir Putinin müttəfiqi Aleksey Kudrin ölkədə yeni liberal partiya yaradılmasına çağırıb

  • Amerikanın səsi

Vladimir Putinin müttəfiqi Aleksey Kudrin ölkədə yeni liberal partiya yaradılmasına çağırıb

Vladimir Putinin müttəfiqi Aleksey Kudrin ölkədə yeni liberal partiya yaradılmasına çağırıb

Rusiyanın baş naziri Vladimir Putinin uzunmüddətli müttəfiqi, sabiq maliyyə naziri Aleksey Kudrin ölkədə siyasi boşluğu doldurmaq üçün yeni liberal partiya yaradılmasına çağırıb. Onun bu çağırışı 12 ildir ölkəni faktiki idarə edən Putinə qarşı etiraz nümayişlərinin vüsət aldığı vaxta təsadüf edir.

Cənab Kudrin deyib ki, əgər dekabrın 4-də keçirilmiş seçki saxtakarlıqları ətraflı qaydada araşdırılmasa bu pozuntular qarşıdan gələn prezident seçkilərinin legitimliyinə kölgə sala bilər. Kudrin deyib ki, son səsvermələr ölkədə hakim partiyaya alternativ liberal partiyanın mövcudluğuna ehtiyac olduğunu göstərir. “Bu gün biz görürük ki, defisit biz təsəvvür etdiyimizdən qat-qat böyükdür,” deyə Kudrin bildirib.

XS
SM
MD
LG