Accessibility links

Aleksey Navalnı: Biz mal-qara deyilik!

  • Amerikanın səsi

Aleksey Navalnı: Biz mal-qara deyilik!

Aleksey Navalnı: Biz mal-qara deyilik!

Bütün Rusiya boyu on minlərlə adam şənbə günü küçələrə axışaraq Vladimir Putinin 12 hakimiyyətinə son qoyulmasını və ölkədə yeni parlament seçkiləri keçirilməsini tələb etdilər.

“Siçovullar getməlidir!”, “Oğrular, səslərimizi qaytarın!” şüarları altında keçirilən nümayişlər Sakit Okean sahilindəki Vladivostokdan tutmuş, 7,400 kilometr qərbdə yerləşən Kalininqradadək Rusiyanın müxtəlif şəhərlərini əhatə ediblər.

Hazırkı müxalifət lideri və sabiq baş nazir Mixail Kasyanov Moskva çayı sahilində yerləşən Bolotnaya meydanına gələnlərin sayının 60 və 100 min arasında olduğunu söyləyib. “Bu, oğru hakimiyyətin sonunun başlanğıcıdır,” deyə Kasyanov nümayişçilərə bildirib.

Rusiya hökuməti Mixail Kasyanovun partiyasını seçkilərə buraxmamışdı.

“Zəncirləri qırmağın vaxtı gəlib çatıb,” deyə əsas müxalifət fiqurlarından biri blogger Aleksey Navalnı həbsxanadan nümayişçilərə ünvanladığı mesajda bəyan edib. “Biz mal-qara yaxud qul deyilik. Bizim səsimiz var və onu qorumağa gücümüz çatır!” ifadəsi nümayişçilər tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Dondurucu temperatura baxmayaraq müxalifət dekabrın 24-də növbəti aksiya keçirəcəyini elan edib.

XS
SM
MD
LG