Accessibility links

ABŞ-ın Federal Təhqiqat Bürosu Vaşinqtonun Hərbi Dəniz Donanması bazasında 12 nəfəri qətlə yetirən şəxsin spesifik kimisə hədəf aldığına dair dəlil əldə edilmədiyini bildirib.

Bu məlumat bu gün hadisənin araşdırılmasına dair mətbuat konfransı zamanı verilib.

Təhqiqatçıların onun təkbaşına hərəkətə keçdiyini deyib və hadisəni göstərən kamera yazılarını nümayiş etdirib.

34 yaşlı hücumçu Aron Aleksis polislə atışma zamanı öldürülüb. Onun psixoloji xəstəliyə malik olduğuna dair sənədlər açıqlanıb. Aleksis inanırmış ki, ona aşağı dalğalı siqnallar nəzarət edib və istifadə etdiyi tapançanın üzərindəki yazıda bu dalğalara istinad edilib.

XS
SM
MD
LG