Accessibility links

Aleksis Şahtaxtinski ATƏT-in Bakıda layihə koordinatoru olacaq


Aleksis Şahtaxtinski
Aleksis Şahtaxtinski

O, martın 1-dən fəaliyyətə başlayacaq

Fransalı diplomat Aleksis Şahtaxtinski ATƏT-in Bakı ofisinin (bu il yanvarın 1-dən layihələrin koordinatoru statusuna endirilib) yeni rəhbəri təyin edilib. O, 2014-cü il martın 1-dən fəaliyyətə başlayacaq. Bu barədə ATƏT-in rəsmi saytında məlumat yayılıb.

“Yeni mandata uyğun olaraq mən hökumət və qeyri-hökumət qurumları, yerli hakimiyyət orqanları, universitetlər, Azərbaycanın elmi-tədqiqat institutları ilə əlaqələr yaradacağam.
Komandamın üzvləri ilə birlikdə hər üç ölçüdə (təhlükəsizlik, insan hüquqları, ekologiya- iqtisadi məsələlər) layihələrin reallaşmasında ATƏT prinsip və öhdəliklərinin yerinə yetirilməsinə yardım göstərəcəyik”, -deyə o bildirib.

Bundan əvvəl Aleksis Şahtaxtinski Parisdə XİN-də çalışıb, fransalı nazirin Avropa üzrə xüsusi müşaviri olub.

Avropa təhlükəsizliyinin təminatı üzrə 20 illik təcrübəsi olan karyeralı diplomat müxtəlif ölkələrdə fəaliyyət göstərib. Əsasən Moskvada NATO informasiya bürosuna rəhbərlik edib, Belarus və Tacikistanda müvəqqəti işlər vəkili, Krakovda (Polşa) Fransanın baş konsulu olub. O həmçinin ATƏT-in keçmiş Bakı ofisinin rəhbərinin müavini olub.

Aleksis Şahtaxtinski Azərbaycan əsillidir. Onun ulu babaları öncə Türkiyəyə, sonra isə Avropaya mühacirət ediblər.
XS
SM
MD
LG