Accessibility links

Alətlərdən istifadə edən heyvanlar [Video]


Vəhşi aləmdə alətlərin istifadəsi ilə bağlı bir çox nümənədən sonra tətdiqatçılar sadəcə meymunlar kimi “yüksək” zəkalı heyvanların alətlərdən istifadə etdiyi anlayışını bir kənara qoyur. Məlum olur ki, alətlərdən istifadə hətta bəzi dördayaqlı heyvanlar arasında belə kifayət qədər geniş yayılıb.

Çubuqdan istifadə edən qarğa

Çubuqdan istifadə edən qarğa

Böyük şəhərdə yaşayan hər kəs sıçovulların yeməyə gəldikdə nə qədər bacarıqlı olduqlarını bilir.

Əslində onlar yemək tapmaq üçün alətlərdən istifadə edəcək qədər ağıllıdır. Burada məsələn, yapon tədqiqatçılar sıçovulların bir tikə yeməyi daha yaxına çəkmək üçün qarmaqdan istifadə etməyi öyrəndiklərini göstərir.

Sıçovullar həmçinin bu kiçik dırmıqdan da istifadə etməyi bacarır.

Dırmığın dişləri şəffaf olduğunda isə onlar çətinlik çəkdi. Bu isə onu göstəriri ki, sıçovullar düzgün seçim etmək üçün kifayət qədər yaxşı görmür.

Şimpanze

Şimpanze

Bu il payızın əvvəlində San Diyeqo Zooparkındakı alimlər Alala qarğalarının dərin yarıq və dəliklərin içinə yerləşdirilmiş yeməkləri çıxarmaq üçün çubuqlardan istifadə etdiklərini aşkar edib.

“Bu, bizim alətlərdən istifadə anlayışını təkrar nəzərdən keçirməyimizə və daha öncə nəzərdən qaçırdığımız şeyləri araşdırmağımıza səbəb yaradır.”

Bu, bizim alətlərdən istifadə anlayışını təkrar nəzərdən keçirməyimizə və daha öncə nəzərdən qaçırdığımız şeyləri araşdırmağımıza səbəb yaradır.

Almaniyalı tədqiqatçılar isə şimpazelərin yosun toplamaq üçün çubuqlardan istifadə etdiyini göstərən kamera tələrləri yerləşdiriblər.

Şimpanzelər bəsləyici maddələrlə zəngin yosunları diqqətlə seçib, sonra onları götürmək üçüm möhkəm çubuqlardan istifadə edirlər.

Tədqiqatçılar deyir ki, alətlərin və onlardan isifadə üsullarının müxtəlifliyi təbiətçilərin heyvan aləmində zəka ilə bağlı daha çox şey öyrənməli olduqlarını göstərir.

Show comments

XS
SM
MD
LG