Accessibility links

Fransa prezidenti Fransua Olland bildirib ki, Burkina Fasodan Əlcəzairı istiqamət alan Əlcəzair Hava yolları təyyarəsinin qəzaya uğraması nəticəsində 116 sərnişindən sağ qalan olmayıb.

Fransa təyyarənin qalıqlarının mühafizəsi üçün əraziyə qüvvə göndərib.

Prezident Olland qara qutunun tapıldığını və təhqiqatların aparıldığını deyib. Qəzanın səbəbləri araşdırılır. Fransa rəsmiləri qəzanın pis hava şəraitindən meydana gəldiyini güman edirlər.

Təyyarənin raket hücumuna məruz qaldığı istisna edilib. Lakin cavabsız sullar hələ də qalmaqdadır.

Fransanın xarici işlər naziri Loren Fabye 118 sərnişinli təyyarədə 54 Fransa vətəndaşı olduğunu deyib. Nazir qurbanların ailələrinin xəbərdar edildiyini bildirib.

Burkina Faso ordusunun generalı Qilbert Diendere təyyarənin qalıqlarının sərhədə 30 km yaxınlıqda olduğunu təsdiqləyib.

Rəsmilər təyyarənin Burkina Fasonun paytaxtı Ouaqadouqodan havaya qalxmasından sonra güclü qasırğaya tuş gəldiyini deyib.

Sviftair hava yollarının çarter təyyarəsi 6 ispan ekipaj üzvü və 110 sərnişin daşıyırdı.

XS
SM
MD
LG