Accessibility links

Vəkil: Əli İnsanova yeni ittiham irəli sürülməsi barədə məlumatlar tam yalandır


Əli İnsanov
Əli İnsanov

Sabiq səhiyyə naziri Əli İnsanova qarşı hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə ilə yeni ittiham irəli sürülməsi barədə yayılan məlumatlar tam yalandır.

Bu barədə vəkil Toğrul Babayev Amerikanın Səsinə bildirib.

“Biz vəkillər elə indi 13 saylı Cəzaçəkmə Müəssisəsində Əli İnsanovla görüşmüşük. Hazırda saat 16.30-da biz 13 saylı Cəzaçəkmə Müəssisəsinin qarşısındayıq. Ona qarşı hər hansı yeni ittiham irəli sürülməyib. Onun səhhəti yaxşıdır, heç bir hadisə baş verməyib”, vəkil Toğrul Babayev

Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında parlament seçkiləri öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib. Sonradan ittiham iqtisadi cinayətlə əvəz olunub. Sabiq nazir 2007-ci ilin aprelində rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq, bir sıra iqtisadi cinayətlər törətmək ittihamı ilə 11 il azadlıqdan məhrum edilib.

O, hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib.

2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi Əli İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarını qüvvədə saxlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG