Accessibility links

Əli İnsanov: Heç bir siyasi, hüquqi və fiziki təhdid məni mübarizəmdən çəkindirə bilməz


Keçmiş səhiyyə naziri Əli İnsanov
Keçmiş səhiyyə naziri Əli İnsanov

İyunun 9-da Azərbaycan Ali Məhkəməsi hakim İnqilab Nəsirovun sədrliyi ilə sabiq səhiyyə naziri Əli İnsanovun kassasiya şikayətinə baxıb və şikayəti təmin etməyib. İnsanov məhkəımədə iştirak etməyib.

Əli İnsanov 2005-ci ilin oktyabrında parlament seçkiləri öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib. Sonradan ittiham iqtisadi cinayətlərlə əvəz olunub. Sabiq nazir 2007-ci ilin aprelində rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq, bir sıra iqtisadi cinayətlər törətmək ittihamı ilə 11 il azadlıqdan məhrum edilib.

O, hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib.

2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi Əli İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarını qüvvədə saxlayıb.

Vəkil Toğrul Babayev Amerikanın Səsinə bildirib ki, Ali Məhkəməyə kassasiya şikayəti 2015-ci ilin mayında verilməısinə baxmayaraq, heç bir qanuni əsas və səbəb olmadan işə 13 aydan sonra baxılıb.

“Azərbaycan Ali Məhkəməsinin Plenumu 15 noyabr 2013-cü il tarixdə Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarını əsas götürərək Apellyasiya Məhkəməsinin qərarını ləğv etsə də Ali Məhkəmə bu gün həmin qərarı qüvvədə saxlayıb”, o qeyd edib.

Əli İnsanov vəkili vasitəsi ilə Ali Məhkəmənin bu gün çıxardığı qərarla bağlı bunları bildirib:

“Heç bir məntiqə sığmayan, qanuna uyğun gəlməyən, açıq-aşkar bu siyasi qərar Azərbaycan məhkəmə sistemini qanundan kənarda qoyur. Azərbaycan hakimiyyəti özünün imzaladığı beynəlxalq sənədləri, götürdüyü öhdəlikləri inadkarlıqla inkar etməklə Azərbaycanın dünyada etibarsız tərəfdaşlıq imicini formalaşdırır. Mən hər zaman olduğu kimi rahat və nikbinəm. Heç bir siyasi, hüquqi və fiziki təhdid məni mübarizəmdən çəkindirə bilməz. Ali Məhkəmənin bu günki qərarını əldə edən kimi təkrarən Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəm”, sabiq səhiyyə naziri qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG