Accessibility links

Vahid Mustafayev: Belə olmaz axı… ANS-in kassasiya şikayəti təmin edilməyib [Video]


Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb

Azərbaycan Ali Məhkəməsi ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayətini təmin etməyib.

ANS-in kassasiya şikayəti təmin edilməyib
please wait

No media source currently available

0:00 0:04:04 0:00

Hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

ANS-in kollektivi məhkəmənin qərarını qəbul etmir və hüquqlarının bərpası uğrunda mübarizəsini davam etdirəcək.

"Bizi Fətullah Gülənlə əlaqədə günahlandırmağın əsası yoxdur. ANS Azərbaycan qanunvericiliyinin bütün imkanlarından istifadə edərək hüquqlarının bərpası uğrunda mübarizəsini davam etdirəcək", məhkəmə qərarından sonra ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev bildirib.

O, ANS-in Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyini istisna etməyib.

Sentyabrın 21-də Ali Məhkəmədə ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti üzrə proses davam etdirilib.

Məhkəmə prosesinə sədrlik edən hakim Sevda Hüseynova qərarın saat 15-də elan ediləcəyini bildirib.

Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Baş Prokurorluğunun müraciətini, “Televiziya və radio yayımı haqqında” qanununun tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı ildən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib.

Bununla yanaşı, MTRŞ ANS-ə verilmiş 25 oktyabr 2013-cü il tarixli xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırıb. Bakı Apellyasiya Məhkəməsi MTRŞ-in iddiasını təmin edib, ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul edib.

MTRŞ həmçinin ANS-ÇM radiosunun lisenziyasını ləğv edib.

Bu gün keçirilən məhkəmə prosesində məhkəmə tərəfləri dinləyib.

Vəkili Fuad Ağayev ANS-i terrorçuluğa açıq çağırışda ittiham etmək üçün əsasların olmadığını deyib.

“ANS-i terrorçuluğu dəstəkləməkdə ittiham etmək üçün iki amil olmalıdır. Bu çağırış ya efirdə getməlidir, ya da teleradio bunu müdafiə etməlidir. Amma, bunların heç biri yoxdur. Əgər, bunlar yoxdursa Apellyasiya Məhkəməsi nəyə əsaslanıb qərar qəbul edib”, vəkil sual edib.

Onun sözlərinə görə, Apellyasiya Məhkəməsində baxış zamanı MTRŞ-nin izahatından başqa hər hansı araşdırma aparılmayıb.

“MTRŞ məhkəməyə ANS-in efirində getmiş 13 saat 25 dəqiqə 27 saniyəlik video təqdim edib. Apellyasiya Məhkəməsindən videoya baxılması xahiş edilib. Amma, məhkəmə vəsatəti təmin etməyib. Məhkəmə isə araşdırılmamış sübutlara istinad edə bilməz. Yalnız bu, Apellyasiya Məhkəməsinin qərarının ləğvini qeyd-şərtsiz edir”, vəkil qeyd edib.

Ağayevin sözlərinə görə, MTRŞ -in ANS-i terorrçuluqla bağlı xəbərdar etməsi barədə deyilənlərin əsası yoxdur.

“MTRŞ-in ANS-i Türkiyədə dövlət çevrilişinə cəhdin baş verdiyi zaman, iyulun 15-də, 16-da, 17-də, 18-də xəbərdarlıq etməsi barədə hər hansı qərarı yoxdur”.

Vəkil həmçinin bildirib ki, ANS Fətullah Gülənlə müsahibə barədə efirdə hər hansı anons verməyib.

“Xarici və ya yerli medianın belə bir anaons verməsinin isə ANS-ə dəxli yoxdur”, o deyib.

ANS-in prezidenti Vahid Mustafayev də vəkilin dediklərini təsdiq edib.

"Fətullah Gülənin mətbuat konfransında 15 müxtəlif ölkələrin müxbirləri ilə birgə İHLAS Ajansı, CNN Türk kanalının reportyorları ilə yanaşı ANS-in jurnalisti də iştirak edib. Mətbuat konfransından video görüntülər iyulun 18-də ANS-ə daxil olub. Lakin, ANS bu repotajın efirə verilməməsi barədə qərar qəbul edib və reportajdan kiçik bir hissə belə efirə verilməyib. Həmin vedolar məhkəməyə təqdim edilsə də Apellyasiya Məhkəməsində baxılmayıb”, o qeyd edib.

Mustafayev eyni zamanda ANS-ÇM radiosunun lisenziyasının ləğvi ilə razılaşmır.

“Bu radio Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyır. Çingiz Mustafayev cəmiyyət üçün qəhrəmanlıq nümunəsidir. Belə olmaz axı…”, o etirazını bildirib.

MTRŞ-in nümayəndəsi Toğrul Məmmədov isə məhkəməyə bildirib ki, burada deyilənlərin əsası yoxdur.

“Terrorçuluğu yayan şəxsin çıxışına şərait yaradılması terrorçuluğun təbliğidir”, o qeyd edib.

Bundan sonra məhkəmə müşavirəyə gedib və saat 15-də qərarın elan ediləcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG