Accessibility links

Ali Məhkəmə Obamanın mühacirət qanununu nəzərdən keçirir


ABŞ Ali Məhkəməsi bu gün ilkin dinləmə isə 4 milyona yaxın sənədsiz mühacir barədə prezident Barak Obamanın qəbul etdiyi sərəncamın leqallığını nəzərdən keçirməyə başlayır.

Hakimlərin qərarının gələcək prezident administrasiyaları tərəfindən qəbul edilən sərəncamlara uzunmüddətli təsiri olacaq.

U.S. v. Texas adlanan məhkəmə işində məhkəmədən prezidentin 2014-cü ildə qəbul etdiyi sərəncamı nəzərdən keçirmək xahiş olunur. Prezident o zaman bəzi sənədsiz mühacirlərin ölkədən deportasiyasını təxirə salan qərar qəbul etmişdi. Məhkəmə prezidentin mühacirət qanununun qəbulu ilə konstitusion səlahiyyətlərini aşıb-aşmadığını müəyyən edəcək.

XS
SM
MD
LG