Accessibility links

Ali Məhkəmə sədrliyinə Nevada qubernatoru nəzərdən keçirilir


Nevada Governor Brian Sandoval participates in the opening session of the National Governors Association Winter Meeting in Washington, Feb. 20, 2016.
Nevada Governor Brian Sandoval participates in the opening session of the National Governors Association Winter Meeting in Washington, Feb. 20, 2016.

Ağ Ev hakim Antonin Skaliyanın vəfatı ilə Ali Məhkəmədə yaratdığı vakansiyaya Nevadanın respublikaçı qubernatoru Brayn Sandovalı nəzərdən keçirdiyi bildirilir.

Lakin Senatın respublikaçı liderləri Barak Obamanın seçimini rədd edəcəklərini və yeni namizədin təsdiqi ilə bağlı səsvermə keçirməyəcəklərini bildirir.

Obama isə deyir ki, onun namizədinin təsdiqinin ləngidilməsi gələcək hakim təyinatlarına mənfi təsir göstərəcək.

“Əgər Senatdakı respublikaçılar həqiqətən də Konstitusiyaya və məntiqə məhəl qoymayan, ənənəyə zidd, sadəcə siyasətə əsaslanan bir mövqe sərgiləsələr, o zaman gələcəkdə hər hansı bir prezidentin hakim təyin etmək imkanları azalacaq.”

Respublikaçı qanunvericilər Ali Məhkəməyə ömürlük hakimi yanvar ayında hakimiyyətə gələcək prezidentin təyin etməsini istəyir.

Bu arada hazırda məhkəmədə dörd liberal və dörd mühafizəkar hakim olduğu üçün qərarlar 4-4 səslə nəticələnəndə, Ali məhkəmə aşağı məhkəmənin qərarının qüvvədə saxlanılmasına icazə verəcək və beləliklə Ali Məhkəmənin qərarları ölkə boyu heç bir presedent müəyyən etməyəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG