Accessibility links

Ali Məhkəmə Avropa Məhkəməsinin qərarını icra etdi, amma jurnalisti həbsdən azad etmədi


Ali Məhkəmə Avropa Məhkəməsinin qərarını icra etdi, amma jurnalisti həbsdən azad etmədi
Ali Məhkəmə Avropa Məhkəməsinin qərarını icra etdi, amma jurnalisti həbsdən azad etmədi

Ali Məhkəmənin Plenumu vergi ödənişindən yayınma ittihamına aid hissə istisna olmaqla, cinayət işlərinə xitam verilməsi haqqında qərar qəbul edib.

Azərbaycan Ali Məhkəməsinin Plenumu Avropa İnsan Hüquqları Məhkəməsinin jurnalist Eynulla Fətullayevin işi üzrə qərarının icrası məsələsinə baxıb.
Plenum Strasburq Məhkəməsinin 2007-ci ildə cənab Fətullayevə qarşı böhtan və terrorla hədələmə və milli ayrıseçkilik salma ittihamları ilə bağlı iki iş üzrə hökm çıxarılarkən jurnalistin hüquqlarının pozulması haqqında qərarını təsdiq edib. Bununla əlaqədar olaraq Plenum vergi ödənişindən yayınma ittihamına aid hissə istisna olmaqla, həmin cinayət işlərinə xitam verilməsi haqqında qərar qəbul edib.
Ümumilikdə isə plenum Avropa Məhkəməsinin jurnalistin həbsən dərhal azad edilməsi haqqında qərarını icra etməyib. Belə ki, jurnalist qanunsuz narkotik saxlamaq ittihamı üzrə 2,5 il azadlıqdan məhrumetmə cəzasına da məhkum edilib.

2010-cu il aprelin 22-də Avropa məhkəməsi Eynulla Fətullayev barəsində çıxarılmış hökmləri əsassız sayıb və onun dərhal azadlığa buraxılmasını tələb edib. Azərbaycan hakimiyyəti Strasburq məhkəməsinin Böyük Palatasına apellyasiya verib. Oktyabrın 4-də Böyük Palata təkrar olaraq jurnalistin azad edilməsini tələb edib.
Beynəlxalq və yerli hüquq müdafiə təşkilatları Azərbaycanda jurnalistlərin hüquqlarının qorunmamasını pisləyir.

ARTICLE 19, Freedom House, Human Rights House Foundation, Index on Censorship, International Federation of Journalists, Media Diversity Institute, Norwegian Helsinki Committee, Reporters Without Borders, World Association of Newspapers and News Publishers-in imzaladığı birgə bəyanatda deyilir ki, Azərbaycan hakimiyyətini 7 noyabr seçkilərində söz azadlığını təmin etmək üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə pisləyirik. “İfadə azadlığının pozulması faktları bizi hədsiz narahat edir, bu, seçkilərin düzgün və ədalətli olmadığını göstərir”.

Bu pozuntular sırasında blogerlər Adnan Hacızadə və Emin Millinin, habelə jurnalist Eynulla Fətullayevin indiyədək həbsdə saxlanılması; mətbuatda geniş özünüsenzura; elektron KİV-də və xüsusən telekanallarda plüralizmin olmaması; hakim rejim və “Yeni Azərbaycan” Partiyası xeyrinə informasiyanın üstünlüyü; hökuməti tənqid edən saytların (eqreb.com; tinsohbeti.com; susmayaq.biz) bağlanması; jurnalistlərin və müxalifət namizədlərinin təqibi, o cümlədən “Azadlıq” qəzetinin redaktoru barədə seksual xarakterli videosüjetin nümayişi; 7 noyabr seçkilərində saxtalaşdırma faktlarını ifşa edən jurnalistlərə qarşı təzyiq; Naxçıvanda jurnalistlərin seçki məntəqələrindən qovulması faktları sadalanır.

XS
SM
MD
LG