Accessibility links

Ali Məhkəmə hüquq müdafiəçisinin kassasiya şikayətini təmin etməyib


Ali Məhkəmə hüquq müdafiəçisinin kassasiya şikayətini təmin etməyib

Ali Məhkəmə hüquq müdafiəçisinin kassasiya şikayətini təmin etməyib

Vidadi İsgəndərli 2010-cu ildə 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən deputatlığa namizəd olub. 2011-ci il aprelin 17-də İctimai Palatanın mitinqi zamanı saxlanıb.

Fevralın 15-də Ali Məhkəmədə hakim Hafiz Nəsibov hüquq müdafiəçisi Vidadi İsgəndərlinin Şəki Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətini təmin etməyib. Bu barədə Turan Agentliyi məlumat yayıb.
Şikayət Şəki Apellyasiya Məhkəməsinin 18 oktyabr 2011-ci il qərarı ilə Göyçay rayon məhkəməsinin 27 avqust 2011-ci il qərarını qüvvədə saxlanmasına etiraz olaraq verilib. O zaman müdafiə tərəf ədalətli məhkəmə olmadan qərar çıxarıldığını iddia etmişdi. Şəki Apellyasiya Məhkəməsi hər hansı əsas gətirmədən Göyçay şəhər məhkəməsinin həbs qərarını qüvvədə saxlamışdı.

Bu gün Ali Məhkəmədə ittihamçı tərəf Apellyasiya Məhkəməsinin yekun qərar verdiyini əsas gətirərək, şikayətin təmin edilməməsini istəyib. Məhkəmə heyəti müşavirə keçirərək şikayətin təmin olunmaması qərarı verib.
Cənab İsgəndərli 2010-cu ildə 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən deputatlığa namizəd olub. 2011-ci il aprelin 17-də İctimai Palatanın mitinqi zamanı saxlanılıb. Seçkinin gedişinə maneçilik, seçki komissiyasının işinə müdaxilə, vətəndaşı iradəsi əleyhinə səsverməyə vadar etmək ittihamlarla 3 il azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG