Accessibility links

Güneyli fəal 2 il həbsdən sonra sərbəst buraxılıb


Əli Səmədpur
Əli Səmədpur

Güneyli fəal Əli Səmədpur 2 il həbsdən sonra sərbəst buraxılıb

Sərab şəhərindən olan Azərbaycan milli fəal Əli Səmədpur 24 ay həbsdə olduqdan sonra azadlığa buraxılıb.

Araznews web saytının yaydığı məlumata görə, 24 ay həbs cəzasını çəkən milli fəal iyunun ikisi azad edilib.

Qeyd olunur kı, Sərablı Səmədpur 2013-cü ilin iyun ayında İranın kəşfiyyat və təhlükəsizlik məmurları tərəfindən nəzarətə alınmış və 83 gün ağır şəraitdə işgəncəyə məruz qaldıqdan sonra zaminə buraxılmışdı. Bundan sonra o, Sərab inqilab məhkəməsində “dövlətə qarşı təbliğat” ittihamı ilə bir il həbs cəzasına və “ali dini lideri təhqir etmə” ittihamı ilə daha bir il həbsə məhkum olunmuşdu.

Güneyli fəal həm də şeirləri ilə tanınır. Şair Səmədpur İran Azərbaycanında ana dilində təhsil hüququ ilə bağlı fəaliyyətlərinə görə 2013-cü ildə digər 40 fəalla birlikdə nəzarətə alınmışdı.

İranda çoxmilyonlu Azərbaycan türkləri ana dillərində təhsil hüquqlarını tələb edillər. İran Kəşfiyyat və Təhlükəsizlik İdarəsi ana dilində təhsil tələb edən güneyli fəallara qarşı çox zaman “dövlətə qarşı təbliğat" ittihamı irəli sürür.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG