Accessibility links

Prezidentin köməkçisi: Jurnalistin vəfatı ilə bağlı məsələ ciddi araşdırılır


Əli Həsənov
Əli Həsənov

“Rasim Əliyevin vəfatı ilə bağlı məsələlər xüsusi nəzarətə götürülüb və ciddi araşdırılır”.

Bunu APA-ya açıqlamasındaAzərbaycanın Prezidentinin köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiriƏli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, Ann.az saytının əmkdaşı Rasim Əliyevin vəfatə ilə bağlı məsələlər Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb və ciddi araşdırılır.

Ə. Həsnov qeyd edib ki, hadisənin baş vermə səbəbləri, iştirakçıların tam dairəsinin müəyyənləşdirilməsi və digər məsələlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

“Bununla yanaşı, aidiyyəti dövlət orqanlarının məlumatını gözləmədən ayrı-ayrı informasiya resurslarının məsələni müxtəlif istiqamətlərə yozmaq cəhdlərini yolverilməz hesab edir və obyektiv araşdırmanın nəticələrini gözləməyi tövsiyə edirik” deyə, Prezidentin köməkçisi vurğulayıb.

Jutrnalist dünən Facebook statusu ilə bağlı “Qəbələ” futbol komandasının oyunçusunun qohumlarının fiziki təzyiqinə məruz qalıb. O çoxsaylı ağır xəsarətlər alıb və xəstəxanada dünyasını dəyişib.

XS
SM
MD
LG