Accessibility links

Ali Məhkəmənin Plenumunun qərarı Əli İnsanova verilmir


Keçmiş səhiyyə naziri Əli İnsanov

Keçmiş səhiyyə naziri Əli İnsanov

Keçmiş nazir “Yeni Nəfəs” Partiyası yaradacağı ilə bağlı məlumatları təkzib edib

Keçmiş səhiyyə naziri Əli İnsanovun “Yeni Nəfəs” Partiyası yaradacağı və ya belə bir quruma qoşulacağı ilə bağlı bəzi KİV-lərdə yayılan məlumatlar tam yalanadır. Həbsdə olan keçmiş nazir vəkili Toğrul Babayev vasitəsi ilə bir neçə gün öncə mediada Əli İnsanovun eks spiker Rəsul Quliyev və Almaniyada siyasi sığınacaq almış keçmiş deputat Hüseyn Abdullayevlə birgə “Yeni Nəfəs” Partiyası yaradacağı ilə bağlı yayılan məlumatları təkzib edib.

Vəkil həmçinin Ali Məhkəmənin Plenumunun Əli İnsanovla bağlı qərarının bir ay keçməsinə baxçmayaraq siyasi sifarişlə hələ də ona verilmədiyini deyib.

Əli İnsanov 2005-ci il parlament seçkiləri ərəfəsində həbs edilib. O, əvvəlcə dövlət çevrilişinə cəhddə ittiham olunub, daha sonra ittiham ayrıca icraata ayrılıb və 2007-ci ilin aprelində o, iqtisadi cinayətlərə görə mühakimə olunub və 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi 2013-cü il martın 14-də Əli İnsanovun ədalətli məhkəmə istintaqı hüququnun pozulması və işgəncələr verilməsi haqda şikayətini təmin edib.

Qərara görə, Azərbaycan hökuməti keçmiş naziri həbsdən azad etməklə yanaşı, ona 10 min avro məbləğində təzminat ödəməlidir.

Bu il noyabrın 15-də Azərbaycan Ali Məhkəməsinin Plenumu Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Əli İnsanovla bağlı qərarına baxıb, Ali Məhkəmənin və Bakı Apellyasiya Məhkəməsinin onun işi üzrə hökmlərini ləğv edib. Eyni zamanda, plenum birinci instansiya məhkəməsinin İnsanovun 11 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökmünü qüvvədə saxlayıb. Lakin Plenumun qərarına əsasən, AİHM-nin göstərişi nəzərə alınmaqla, iş təkrar məhkəmə istintaqı üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
XS
SM
MD
LG