Accessibility links

Ali Məhkəmə İlqar Məmmədov və Tofiq Yaqublunun işini yenidən apellyasiya baxışına qaytarıb [Video]


Ali Məhkəmədə proses (Foto İsa Qəmbərindir)
Ali Məhkəmədə proses (Foto İsa Qəmbərindir)

Vəkillər məhkəmənin qərarını qəbul etmir

Oktyabrın 13-də Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublunun işi üzrə kasasiya şikayətinə baxış davam edib. Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin ilkin insansiya məhkəməsinin hökmünü qüvvədə saxlayan 24 sentyabr 2014-cü il qərarını ləğv edib və cinayət işini yenidən apellyasiya baxışına qaytarıb.

Fuad Ağayev: Bu, Ali Məhkəmədən gözləyə biləcəyimiz ən pis qərardır
please wait

No media source currently available

0:00 0:03:27 0:00

Məhkəmədə İlqar Məmmədov və Tofiq Yaqublu iştirak etməyib.

Xatırladaq ki, Ali Məhkəməı kassasiya şikayətinə 2015-ci il yanvarın 13-də baxmağa başlayıb. Hakim İmran Hacıqayıbov o vaxt deyib ki, cinayət işi ilə bağlı əlavə faktları öyrənmək və işlə ətrafı tanış olmaq üçün vaxt lazımdır. Ona görə proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

17 mart 2013-cü ildə Şəki Ağır Cinayətlər Məhkəməsi 23-24 yanvar 2013-cü il İsmayıllı iğtişaşları ilə əlaqədar 18 təqsirləndirilən şəxs barəsində hökm verib. REAl Hərəkatının lideri İlqar Məmmədov 7 il, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Daha 8 nəfər 8 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bir o qədər müttəhim şərti cəza alıb.

2014-cü il mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun həbsi ilə bağlı şikayət üzrə qərarını elan edib. Avropa Məhkəməsi İlqar Məmmədovun işində Avropa İnsan Haqları Konvensiyansıın 5.1 və 5.4 maddəsi (azadlıq hüququ), 6.2 (təqsirsizlik prezumpsiyasi) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulmasını tanıyıb. Hökumət İlqar Məmmədova eyni zamanda 22 000 avro kompensasiya ödəməlidir.

Bundan sonra, Avropa Şurası Nazirlət Komitəsi Ilqar Məmmədov barəsində Avropa Məhkəməsinin qərarının yerinə yetirilməsi tələbi ilə bağlı iki aralıq qətnamə və bir qərar qəbul edib.

2014-cü ilin sentyabrın 24-də Şəki Apellyasiya Məhkəməsi Məmmədov barəsində Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Ali Məhkəmədə proses (Foto İsa Qəmbərindir)
Ali Məhkəmədə proses (Foto İsa Qəmbərindir)

Amnesty İnternational İlqar Məmmədovu və Tofiq Yaqublunu “vicdan məhbusu” elan edib.

Vəkil Fuad Ağayev Ali Məhkəmənin bü günki iclasında çıxşında deyib ki, Avropa Məhkəməsinin qərarında və Avropa Şurasının Nazirlər Komitəsinin iki aralıq qətnaməsində, bir qərarında İlqar Məmmədovun yubadılmadan və dərhal həbsdən azad edilməsi əksini tapıb.

“Azərbaycan hökuməti Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını yerinə yetirmək öhdəliyi götürüb. Hökumət öhdəliyini yerinə yetirməlidir”.

Vəkil həmçinin məhkəmənin diqqtəinə çatdırıb ki, İlqar Məmmədovun heç bir günahı yuoxdur və məhkəmədə hər hansı ittiham sübuta yetirilməyib.

Ali Məhkəmədə proses (Foto İsa Qəmbərindir)
Ali Məhkəmədə proses (Foto İsa Qəmbərindir)

“Avropa Məhkəməsi də İlqar Məmmədovun tam günahsız olduğunu təsdiq edib. Onun həbsinin səbəbi siyasi fəaliyyətidir. Məmmədov İsmayıllıda olarkən hər hansı çaxnaşma, qarşıdurma, iğtişaş olmayıb. Bunu sübut edən video materiallar, çoxsaylı şahid ifadələri, rəsmi şəxslərin, o cümlədən İsmayıllı rayonunun keçmiş icra hakimiyyəti başçısı Nizami Ələkbərovun müsahibəsi var. Ələkbərov bildirir ki, yanvarın 24-də şəhərdə sakitlik olub, qarşıdurma olmayıb”, o qeyd edib.

Vəkil Nemət Kərimli də Tofiq Yaqublunun həbsini siyasi olduğunu deyib.

Vəkillər cinayət işinə xitam verilməsini, İlqar Məmmədov və Tofiq Yaqublunun həbsdən azad edilməsini məhkəmə qarşısında qaldırıb.

Məhkəmə qərarını Amerikanın Səsinə şərh edən vəkil Fuad Ağayev deyib ki, işin yenidən apellyasiya baxışına qaytarılmsası Ali Məhkəmədən gözləyə biləcəyimiz ən pis qərardır.

“Belə qərar qəbul olnacaqdısa hansı səbəbdən kassasiya baxışı 9 ay ləngidilirdi? Birinci iclas 13 yanvarda keçirilmişdi. Biz vəkillər isə 2014-cü ilin noyabrında Ali Məhkəməyə kassasiya şikayəti vermişik”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG