Accessibility links

“Əli və Nino” filminin premyerası olub [Video]


Əli və Nino
Əli və Nino

Film Azərbaycan Demokratik Respublikası zamanında azərbaycanlı gənc və gürcü qızın məhəbbətindən bəhs edir

Heydər Əliyev Mərkəzində Qurban Səidin eyniadlı romanı əsasında çəkilmiş “Əli və Nino” bədii filminin premyerası olub.

Film XX əsrin əvvəllərində dünyada baş verən mühüm siyasi proseslər dövründə Bakıda yaşayan azərbaycanlı gənc və gürcü qızın məhəbbətindən bəhs edir.

Filmdə hadisələr Birinci Dünya Müharibəsinin başlanması, Rusiyada bolşevik inqilabı, 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikasının yaradılması və 1920-ci il aprelin 28-də Azərbaycanın bolşevik ordusu tərəfindən işğalı dövrünü əhatə edir.

Filmdə azərbaycanlıların müstəqil respublika yaradılması uğrunda mübarizəsi ön plana çəkilib.

Filmin qəhrəmanı Əli xan azərbaycanlıların Rusiya ordusunun tərkibində Birinci Dünya Müharibəsində iştirakına qarşı çıxır və öz çağırışlarını onunla əsaslandırır ki, “bu, azərbaycanlıların müharibəsi deyil”.

Azərbaycan Demokratik Respublikası (ADR 1918-ci ilin may ayı) yaradıldlqdan sonra respublika ilə digər dövlətlər arasında diplomatik münasibətlərin qurulması prosesində fəal iştirak edən qəhrəman finalda Azərbaycan ərazisinə daxil olan bolşevik qoşunları ilə döyüşdə həlak olur və bununla da ailə xoşbəxtliyini müstəqil respublika ideallarına qurban verir.

Filmdə tarixi şəxsiyyətlərdən baş nazir Fətəli xan Xoyski göstərilir. ADR-in yaradılması məhz Fətəli Xan Xoyskinin dilindən bəyan edilir və ADR-in banisi Məmmədəmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” tarixi kəlmələri də Xoyskinin sözləri kimi təqdim olunur.

Təqdimatdan sonra çıxış edən filmin prodüseri Kris Tiker filmin çəkilişlərinə yardım göstərən bütün şəxslərə və təşkilatlara öz təşəkkürünü bildirərək deyib: “Əminəm ki, film Azərbaycan kinoteatrlarında uğurla nümayiş etdiriləcək və gələcəkdə təkcə ölkədə yox, onun hüdudlarından kənarda da populyarlıq qazanacaq”.

Filmin premyerasında icraçı prodüser Leyla Əliyeva, ssenari müəllifi Kristofer Hempton, Nino rolunun ifaçısı Maria Valverde, Əli xanın dostu Seyid Mustafa obrazını yaradan Numan Acan və başqaları iştirak ediblər.

Qeyd edək ki, filmin təqdimatında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, bəzi nazirlik və dövlət komitələrinin rəhbərləri, görkəmli incəsənət xadimləri iştirak ediblər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG