Accessibility links

Əli və Nino Asiya Dünyası Film Festivalında nümayiş etdirilib [Video]


Festivala 51 ölkədən film təqdim olunub

Oskar mükafatçısı rejissor Asif Kapadia tərəfindən ekranlaşdırılmış Əli və Nino əsəri 51 ölkədən filmlərin təqdim edildiyi Los Ancelesdə oktyabrın 24-də açılan ikinci Asiya Dünyası Film Festivalının açılışı zamanı nümayiş olunub.

ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində bildirir ki, festival direktoru Georges Çamçoumun sözlərinə görə bu film həqiqətən də beynəlmiləldir: “Hindistan mənşəli britaniyalı kinorejissor tərəfindən azərbaycan, rus və ingilis dillərində aparıcı rollarda fələstinli aktyorun iştirakı ilə Azərbaycan və Türkiyədə lentə alınmış Əli və Nino filmi dünyada olan mədəniyyətlərarası film çəkmənin ən yaxşı elementlərini əks etdirir”, o qeyd edib.

Əli və Nino filminin nümayişi
Əli və Nino filminin nümayişi

Azərbaycanın Los Anceledəki Konsulluğunun məlumatında isə deyilir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyi ilə keçirilən nümayişdə, Hollivud kino sənayesinin tanınmış nümayəndələri, Oskar və Emmi mükafatçıları və nominantları, müxtəlif kino prodüserləri, rejissorları və aktyorları və digər şəxslər iştirak edib. Həmçinin filmdəki Əli rolunun ifaçısı Adam Bakri nümayişdə iştirak edib.

Nümayişdə çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycanın yaxın tarixi, o cümlədən 20-ci əsrdə iki dəfə müstəqilliyini əldə etməsi, müsəlman dünyasında ilk dünyəvi demokratik respublika qurması və qadınlara ABŞ-dan da öncə səsvermə hüququ verməsi barədə danışıb.

“Əli və Nino” əsərinin yüksək tarixi və mənəvi dəyərlərindən danışan diplomat bildirib ki, bu əsər nəinki iki gəncin ülvi məhəbbətindən, eləcə də Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədən və ölkəmizin qədim tolerantlıq və multikulturalizm ənənələrindən bəhs edir.

XS
SM
MD
LG