Accessibility links

Çinin ən iri onlayn pərakəndə satış şirkəti səhmlərini birjaya çıxarıb [Video]


Çinin ən iri onlayn pərakəndə satış şirkəti səhmlərini birjaya çıxarıb
please wait

No media source currently available

0:00 0:03:07 0:00

Alibaba internet şirkətinin icraçı direktoru Cek Ma satışa start verib. Ma 12 miliyon səhm satışı müqabilində 13 milyard dollar əldə etməklə bir gündə ən çox qazanc əldə etməyə nail olub.

Alibaba Çinin qabaqcıl e-ticarət şirkətidir və dünyanın ən böyük internet bazarına sahibdir. Şirkət həm beynəlxalq, həm də yerli bazarda fəaliyyət göstərir. Con Vu Alibaba qrupunun texnologiya üzrə sabiq rəhbəridir.

Con Vu: “ABŞ-da eyni bazar iki dominant şirkət arasında bölünüb. Ancaq Çində, bildiyiniz kimi Alibaba iki qüvvəni bir əldə cəmləşdirib. Düşünürəm ki, Alibaba bu dominantlığı azı bir neçə il davam etdirə biləcək. Uzun müddət üçün deyə bilmərəm, ancaq qısa müddətdə ən yaxşı idarəetmə üsuluna malik və sağlam bir şirkətə çevrilib.”

Rokvel Qlobal Kapital şirkətinin marketinq üzrə rəhbəri iqtisadçı Peter Kardillo cümə günü səhm satışlarını bazarı üçün sıçrayış adlandırıb.

Peter Kardillo: “Sizin əlinizdə dəyərli səhm varsa və ilk dəfə birjaya çıxarırsızsa, əlbəttə ki bu, bazarda bir ruh yüksəkliyi yaradır və iqtisadiyyata müəyyən mənada təkan verir. Yeni iş imkanları yaradılması barədə bir şey deyə bilmərəm, ancaq bu, müsbət bir hadisədir.”

ABŞ texnologiya şirkəti Yahoo! Alibaba-nın 24 faizinə sahibdir və birjada 140 milyon səhm satıb. Bu gəlir ona digər texnologiya şirkətlərini əldə etməyə kömək edəcək.

Alibabanın birjaya çıxması bəzi narahatlıqlara da yol açıb. Belə ki, Çinin Kommunist hökuməti bazar və əsas bizneslərdə böyük rola sahibdir.

Çi Minq Vey Tronq capital şirkətinin idarəetmə üzrə direktoru Qari Reisçel deyir ki, investorlar diqqətli olmalıdır. Alibaba şirkətinin böyüklüyü və səhmlərə ilkin tələb nəzərdən qaçmamalıdır.

Qari Reisçel: “Düşünürəm ki, işləri yaxşı gedən Alibaba şirkəti ilə şirkətə individual investor kimi investisiya qoymaq məsələlərini bir-birindən ayırmaq lazımdır. Çünki, perspektivə baxılmalıdır, şirkətin bu gün bazarda sayı-hesabı olmayan səhmləri var. Bu qiyməti aşağı düşürməkdən başqa heç nə edə bilməz.

Alibaba şirkətinin səhmləri 92 dollar 70 sentlə satışa başlayıb. Bu, böyük başlanğıcdır - əsasən də Cek Ma-ya ilk gündən inanan insanlar üçün.

XS
SM
MD
LG