Accessibility links

Alim Qasımovun Təbriz konserti “dövlət tədbirləri” üzündən ləğv edilib


Alim Qasımovun Tehran konserti

Alim Qasımovun Tehran konserti

Tanınmış müğənninin Təbriz konsertinin ləğvi ilə bağlı təzadlı xəbərlər yayılıb

İran xəbər agentlikləri tanınmış azərbaycanlı müğənni Alım Qasimovun mayın 27-də Təbrizdə keçiriləcək konsertinin ləğv edildiyini bildirib. Konsertin ləğvi ilə bağlı mətbuat və sosial şəbəkələrdə təzadlı məlumatlar yayılır.

Alim Qasımovun proqramları haqqında ətraflı məlumat yayan rəsmi facebook səhifəsi konsertin “dövlət tədbirləri” üzündən keçirilməyəcəyini bildirsə də, Fars xəbər agentliyində tanınmış müğəninin “zəruri bir səfərə” çıxmalı olduğundan konsertin təxirə salındığı qeyd edilib.

Alim Qasımovun rəsmi facebook səhifəsində verilmiş yazıda deyilir: “Tehran konsertindən sonra mayın 20-29-u tarixlərində silsilə konsertlərimiz olacaqdı, amma dövlət tədbirləri ilə əlaqədar olaraq həmin konsertlərin vaxtı müvəqqəti olaraq donduruldu. İnşaalah dövlət tədbirləri yekunlaşandan sonra yenidən biz sizin görüşünüzə gələcəyik.”

Azərbaycan veb səhifələri isə İran İslam Respublikası tərəfindən Təbriz və Ərdəbil konsertlərinə icazə verilmədiyini irəli sürüblər.
XS
SM
MD
LG