Accessibility links

Elm

Alimlər quyruqla tarazlıq arasında əlaqə aşkar edib [Video]


Heyvanların çoxu qaçarkən quyruqlarından istifadə edərək tarazılığı qoruyur. Dünyanın ən sürətli heyvanı sayılan Afrika çitası hətta dayanmaq istədiyi vaxt quyruğundan əyləc kimi yararlanır.

Cənubi Afrika Keyptaun Universitetinin gənc alimi Amir Patel eyni prinsipi avtomobillərdə tətbiq etməyin mümkün olub-olmadığını araşdırıb.

"Quyruğun dönərkən yaratdığı təsiri araşdırdığınız vaxt görəcəksiz ki, həssas özəlliyi olan quyruq dönmə anında dəqiq hesablama edərək bədənin düz qalmasını təmin edir," deyə Amir Patel bildirib.

Patel uzaqdan idarə olunan və sürətlə hərəkət edən avtomobil düzəldib. Arxasına hər iki tərəfə hərəkət edən metal quyruq bağlayıb.

Həmin quyruq olmadan avtomobili sürətlə döndərdiyiniz vaxt, maşın tarazılığı itirir və aşır. Arxasına quyruğu bağladığınız vaxt isə avtomobil tarazılığını gücləndirir.

Patel düşünür ki, eyni prinsipi idman avtomobillərinə tətbiq etməklə yüksək nəticə əldə etmək olar:

“Biz bu applikasiyanı yüksək sürətlərdə, xilasetmə əməliyyatlarında istifadə etməyi düşünürük. Beləliklə robot həssas manevrlərlə qarşılaşdığı vaxt, biz quyruqdan istifadə edərək işin öhdəsindən çevik gələ bilərik.”

Patel deyir ki, heyvanların fərqli stuasiyalarda necə davrandıqlarını riyazi modellərə çevirmək olar. Bu isə robotların eyni vəziyyətlə üzləşdikləri vaxt çıxış yolu tapmağımıza yardımçı ola bilər.
XS
SM
MD
LG