Accessibility links

Alimlər yad planetlər aşkar ediblər


Alimlər yad planetlər aşkar ediblər

Alimlər yad planetlər aşkar ediblər

Alimlər yeni sinif yad planetlər aşkar ediblər. Bu planetlər ana ulduzdan ayrı fəzada sərbəst uçurlar. `Kimsəsiz` adlanan planetlərin 10-nunu aşkar edən yeni tədqiqatlar bizim qalaktikada bu planetlərin sayının əslində ulduzlardan çox olduğunu ehtimal edirlər. Alimlər düşünürlər ki, tənha dünyalar hansısa proses zamanı fəlakətli hadisələr nəticəsində orbitdən çıxıb. Yaponiya və Yeni Zelandiya astronomları Yupiter ölçülü bu obyektlərin sayının orbitdəki ulduzların sayını ötüb keçdiyini deyirlər. Başqa astronomlar planet ölçülü yeni sinif obyektlərin kosmosu anlamağa stimul yaratdığını və davamlı tədqiqatlara həvəsləndirəcəyini bildiriblər.

XS
SM
MD
LG