Accessibility links

Alimlərin aylıq maaşı 10 faiz artırılıb


Alimlərin aylıq maaşı 10 faiz artırılıb

Alimlərin aylıq maaşı 10 faiz artırılıb

Son günlərdə dövlət başçısının sərəncamları ilə müəllimlərin və həkimlərin aylıq vəzifə maaşları, minimum əmək haqqı 10 faiz qaldırılıb.

Prezident İlham Əliyev sərəncamı ilə dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında (Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olanlar istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları dekabrın 1-dən orta hesabla 10 faiz artırılıb.
Son günlərdə dövlət başçısının sərəncamları ilə müəllimlərin və həkimlərin aylıq vəzifə maaşları, minimum əmək haqqı 10 faiz qaldırılıb.

Bununla yanaşı, Tarif Şurası dekabrın 1-dən bərk məişət tullantılarının yığılması və daşınması xidmətlərinin tarifləri əhali qrupu üzrə 1 nəfər üçün ayda 30 qəpik, digər qruplar üzrə 1 kub metr üçün 10 manat, tullantıların zərərsizləşdirilməsi tarifləri 1 kub metr üçün 1,2 manat səviyyəsində təsdiq edib. Həmçinin “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən isti su təchizatı və isitmə xidmətlərinin tarifləri də müəyyənləşdirilib. İsti su tarifləri əhali qrupu üzrə 1 kub metr üçün 40 qəpik və qeyri-əhali qrupu üzrə 1 kub metr üçün 1,5 manat səviyyəsində təsdiq edilib. İsitmə xidməti tarifləri 1 kvadrat metr yaşayış sahəsinə görə əhali qrupu üçün aylıq 15 qəpik, qeyri-əhali qrupu üzrə isə 1 kub metr isidilən həcm üçün aylıq 25 qəpik və ya 1 Qkal enerji üçün 30 manat səviyyəsində təsdiq edilib. Bakı Metropolitenində sərnişindaşıma xidməti tarifinə də baxılıb və gediş haqqının 20 qəpik (əvvəl 15 qəpik idi) səviyyəsində müəyyənləşdirilməsi qərara alınıb. Soba mazutu ilə müqayisədə təbii qazdan istifadənin ekoloji cəhətdən daha səmərəli olduğu nəzərə alınaraq, soba mazutunun ölkədaxili topdansatış qiyməti təchizat xərcləri, əlavə dəyər və aksiz vergiləri də daxil olmaqla, bir ton üçün 140 manat (əvvəl 100 manat idi) səviyyəsində müəyyən edilib.

XS
SM
MD
LG