Accessibility links

Əlirza Ərdəbilli: Bölgədə vəziyyət İran Azərbaycanının təhlükəsizliyinə hədə yarada bilər


Yaxın Şərqdə İslam Dövləti qrupunun güclənməsi region ölkələrinin milli təhlükəsizliyi üçün başlica hədələrdən biri hesab edilir. İsveçdə yaşayan güneyli fəal Əlirza Ərdəbilli Amerikanın Səsinin “Amerika icmalı” proqramında Skype müsahibəsi zamanı regionda baş verən hadisələrin İranda əks-sədası və bugünkü durumun İran Azərbaycanına təsirlərini müzakirə edib.

Əlirza Ərdəbilli Yaxın Şərqdə baş verən hadisələrin bölgədə təhlükəsizliklə bağlı yeni bir şəraitin yaranmasına gətirib çıxardığını deyib. Onun sözlərinə görə, hazırkı durum bölgədə öz dövlətləri olmayan kiçik xalqarın varlığının təhlükə altına alınmasına səbəb olur. “Bölgədə olan kiçik millətlər, hakimiyyəti və öz dövləti olmayan millətlərin varlığını hədələyən qüvvələrin işə düşməsi bizə bir xəbərdarlıqdır. Bizim güneydə dövlətçiliyimizin olmaması səbəbindən güvənlik məsələsində başqa bir dövlətin hərbi strukturuna bağlıyıq. O hərbi struktur hansısa bir böhran nəticəsində işdən düşsə biz qara qüvvələrin təcavüzünə məruz qala bilərik. Buna nümunə olaraq İraqda türkmənləri göstərə bilərik”-deyə Əlirza Ərdəbilli bildirib.

Əlirza Ərdəbilli güneyli fəallarin dil və mədəni hüquqları uğrunda dinc mübarizəsini bölgədə artan zorakılıqlar fonunda davam etdirməsi məsələsini də şərh edib. “Biz bir tərəfdən hərbi-siyai struktura qarşı öz sivil mübarizəmizi aparırıq və millətimiz öz haqlarını tələb edir, bir tərəfdənsə, həmin struktur bizim güvənliyimizin yeganə qarantıdır. Ona görə də bir zaman bu bağ qırılsa və həmin strukturlar bizi müdafiə edə bilməsə o boşluq vəziyyətində bizim təhlükəsizliyimizə hədə yarana bilər”-deyə o bildirib.

Əlirza Ərdəbilli Azərbaycan Resplikası və Türkiyədə İran Azərbaycanına dair siyasətə ehtiyac olmasını qeyd edib. “GüneyAzərbaycanla bağlı bir doktrina olmalıdır ki, biz onunla tanış olaq, yeri gəlsə onu müdafiə edək, yeri gəlsə isə çatışmayan cəhətləri tənqid edək. Bu böyük çatışmazlıqdır”-deyə o bildirib.

XS
SM
MD
LG