Accessibility links

Qaçqın böhranı və qaçqınların dini mənsubiyyəti [Audio-Müsahibə]


Əlirza Ərdəbilli

Əlirza Ərdəbilli

Əlirza Ərdəbilli Amerikanın Səsi ilə söhbətdə qaçqın böhranını dəyərləndirir

Amerikanın Səsinə müsahibədə Yaxın Şərq və Türkiyədən sonra Avropaya yetişən qaçqın böhranını dəyərləndirən Əlirza Ərdəbilli qaçqınların gedəcəkləri ünvanı etiqad və məzhəbə görə deyil o ölkələrdəki yaşayış şəraitinə görə seçdiklərini vurğulayır. Müsəlman qaçqınların Avropa ölkələrinə axınını tənqid edənlər, o cümlədən, bir qrup iranlı fəalların ortaya atdığı fikirlərə münasibət bildirən güneyli jurnalist müasir dönəmdə mühacirətin səbəblər və köklərini şərh edib.

Ərdəbilli son illərdə Yaxın Şərq və Şimali Afrikada cərəyan edən müharibələrdən əlavə mühacirətə səbəb olan digər ənənəvi amillər olan məişət çətinlikləri və siyasi basqılara diqqət çəkir.

“Bu insanlar yaşadıqları ölkələrdə qalaraq öz vəziyyətlərini yaxşılaşdırmağa hər hansı bir perspektiv görmürlər. 100 il bundan öncə, insanların bir-birindən xəbəri yox idi ki, dünyanın o biri başında biri ac idi tox idi. İndi yeni texnologiya və yeni vasitə imkanları sayəsində vəziyyət elə deyil artıq. Ağır vəziyyətdə yaşayanların inkişaf etmiş Qərb ölkələrində yaşayış durumundan xəbərləri olur,” deyə o, informasiya və kommunikasiya texnologiyalarının genişlənməsinin mühacirətin artmasında ciddi rol oynadığını söyləyir.

Avropalı rasist ya irqçi cərəyanların baxışında ərəb dünyasından, islam dünyasından gələnlərin namaz qılıb qılmaması, Allaha inanıb inanmaması fərq etmir. Hamısını eyni görürlər. Necə ki ikinci dünya savaşında yəhudiləri qətliam edərkən baxmırdılar ki, bu sinaqoqa gedir ya getmir, yəhudi dininə inanır ya inanmır. Yəhudilərin kommunistinə də rəhm etmədilər də, ateisti, sekuları, dindarı və xaxamına da...

Güneyli yazar mühacirət məsələsinin bəlli bir inam, din və məzhəb davamçıların məxsus olmadığını önə çəkir.

“Fərq etməz, indi müsəlmanlar gəlir Avropaya, amma vaxtı ilə xristianlar və yəhudilər də gəlib. Vyetnam savaşından sonra da elə vyetnamlılar Amerikaya gediblər. Və ya 70-ci illərdə Latin Amerika ölkələrinin diktatorlarından qaçanlar da elə həmin ölkələrə gediblər ki, bu gün Suriya, Liviya, Əfqanıstan və İrandan qaçan müsəlmanlar gedir. İranın kommunistləri də qaçanda Kuba və Şimali Koreyaya deyil həmin kapitalist, insan haqları və maddi durumu yaxşı olan batı ölkələrinə qaçır. Burada mən əcayib ya qeyri-təbii bir şey görmürəm,” deyə Ərdəbilli mühacirlərin ünvanları inandıqları məzhəbə görə deyil o ölkələrdəki yaşayış durumuna görə müəyyən etdiklərini ifadə edir.

O, həmçinin hazırda qaçqınların böyük əksəriyyətinin Türkiyə, Livan və İordaniya kimi bölgə ölkələrində yerləşdiyinə diqqət çəkir.

Çadır düşərgəsində qaçqınlara yemək paylanır. Brüssel, Belçika. 10 sentyabr, 2015.

Çadır düşərgəsində qaçqınlara yemək paylanır. Brüssel, Belçika. 10 sentyabr, 2015.

Müxtəlif siyasi cərəyanlar və etnik qruplara mənsub bəzi İranlı fəallar media və sosial şəbəkələrdə müsəlman qaçqınların Avropaya axın etməsini tənqid və ona etiraz edirlər. Bu tənqidlərin düzgün olmadığını ifadə edən Əlirza Ərdəbilli məsələni insan haqları anlayışı çərçivəsində dəyərləndirir.

Onun söylədiklərinə görə, “demokrat və insan haqlarını qoruyan çevrələr mühacirləri qəbul edir, fərq etməz iranlı olsun ya suriyalı. Amma, insan haqlarını tanımayan insanlar bu gün Suriya, Liviya və Əfqanıstandan gələn insanların haqlarını tanımaq istəmir, yəni, özlərinin istifadə etdiyi haqları. İnsan haqlarına naqis inananlar var. Bu haqları özünə, öz fikirdaşlarına istəyir amma başqasına istəmir. Misal üçün, İranda çoxları var ki demokratiya istəyir amma eyni şeyləri başqalarına o cümlədən, İrandakı ərəb, türk və kürdə tanımır.”

Fərq etməz, indi müsəlmanlar gəlir Avropaya, amma vaxtı ilə xristianlar və yəhudilər də gəlib. Vyetnam savaşından sonra da elə vyetnamlılar Amerikaya gediblər... İranın kommunistləri də qaçanda Kuba və Şimali Koreyaya deyil həmin kapitalist, insan haqları və maddi durumu yaxşı olan batı ölkələrinə qaçır. Burada mən əcayib ya qeyri-təbii bir şey görmürəm.

Güneyli fəal Avropa ölkələrində mühacirlərə qarşı olan irqçi qruplara işarə edərək onların azlıqda olduğunu, əksəriyyətin qaçqınlar üçün qapıların açılmasını istədiyini önə çəkir.

Onun sözlərinə görə, müsəlman ölkələrdən gələn mühacirlərə qarşı olan Avropalılara gələnlərin “dindar, sekular ya ateist” olması fərq etmir:

“Avropalı rasist ya irqçi cərəyanların baxışında ərəb dünyasından, islam dünyasından gələnlərin namaz qılıb qılmaması, Allaha inanıb inanmaması fərq etmir. Hamısını eyni görürlər. Necə ki ikinci dünya savaşında yəhudiləri qətliam edərkən baxmırdılar ki, bu sinaqoqa gedir ya getmir, yəhudi dininə inanır ya inanmır. Yəhudilərin kommunistinə də rəhm etmədilər də, ateisti, sekuları, dindarı və xaxamına da...”

“İkinci dünya müharibəsi dönəmində Avropa irqçiliyinin qurbanlarının adı Yəhudi idi, sonra Romanlar (qaraçılar) və başqa qruplar. Bu gün isə, Avropada irqçiliyin qurbanının adı Müsəlmandır, o da elə bütün müsəlmanlar, sadəcə namaz qılandan söhbət getmir. Ancaq, Avropada humanistlər çoxdur,” deyə Əlirza Ərdəbilli əlavə edir.

O, həmçinin Avropa ölkələrində gənc əhalinin azaldığına işarə gedərək, Avropa iqtisadının mühacirlərin iş gücünə olan ehtiyacından söz açır.

XS
SM
MD
LG