Accessibility links

Milli hərəkat milli hökümətin ideyalarını qəbul edirmi? [Audio-Müsahibə]


Əlirza Ərdəbilli

Əlirza Ərdəbilli

Tribun saytının redaktoru Əlirz Ərdəbilli Amerikanın Səsi ilə söhbətdə 1945-46-ci illərdə qurulmuş Azərbaycan Milli Hökümətinin mənimsədiyi demokratik və mütərəqqi dəyərlərin hazırda İran Azərbaycanında mövcud olan müxtəlif siyasi cərəyanların fəaliyyətlərində əks edilib edilmədiyini müzakirə edib.

Jurnalist güneydə mövcud olan siyasi cərəyanları iki kategoriyaya ayırır. O, hazırda İran Azərbaycanı ilə əlaqədar fəaliyyət edən bəzi fəallar və qruplarn müəyyən ictimai ya siyasi məsələlər üzərində çalışdığını, Milli Hərəkatın isə o problemlər üzərində fəaliyyət aparmaqla yanaşı dövlətçilik üçün də mübarizə etdiyini qeyd edir.

İranda edamlar olur, qadınlar və müxtəlif cinsi meyillərə qarşı təzyiqlər olur. Milli Hərəkat bunlara qarşı olduğunu yaydığı önəmli bəyanatlarında bildirib. Ancaq, diktaturaların idarə etdiyi sistemlərdə əməli olaraq addım atmaq çətin olur. İmkanlar çox məhduddur...

Ərdəbilli milli hökümət devrildikdən sonra Azərbaycan Respublikasında varlığını məhdud şəkildə davam etdirən Azərbaycan Demokrat Firqəsi və ona yaxın cərəyanların Milli Hökümətin şüarları və ideyalarına sadiq qalmadığını irəli sürür.

“Milli Höküməti qəbul edən bəzi cərəyanlar onu sadəcə Sovetlər tərəfindən dəstəkləndiyi üçün qəbul edir və məsələyə ideoloji baxırlar. Ancaq Milli Hərəkat adı altında fəaliyyət göstərən cərəyan Azərbaycanda fərqli ideologiyalar təməlində qurulmuş hökümətlər və hərəkatların müsbət işlərini qəbul edir,” deyə Əlirza Ərdəbilli milli hökümət ideyalarına fərqli yanaşmalarla bağlı düşüncəsini ortaya qoyur.

Onun dediklərinə görə, “Milli Höküməti İosif Stalinin görüşlərinin davamçısı kimi gördükləri üçün qəbul edənlər 1918-20-ci illərdə qurulmuş Azərbaycan Demokratik Cumhuriyyətini qəbul etmirlər, Azərbaycan dili deyirlər, Türk dili deməkdən imtina edirlər.”

Milli Höküməti İosif Stalinin görüşlərinin davamçısı kimi gördükləri üçün qəbul edənlər 1918-20-ci illərdə qurulmuş Azərbaycan Demokratik Cumhuriyyətini qəbul etmirlər, Azərbaycan dili deyirlər, Türk dili deməkdən imtina edirlər.

Bir çox mütərəqqi və demokratik islahat və layihələri həyata keçirən 1945-46-ci illərin milli hökümətinin qadınlar üçün seçmə və seçilmə haqqını təmin etməsi o illərdə qadın haqları istiqamətində atılmış radikal bir addım kimi dəyərləndirilir. Ancaq, bu günlərdə bir çox qadın haqları fəalı güneyli siyasi təşkilatların bu hüquqlara önəm vermədiyini önə çəkir.

Əlirza Ərdəbilli isə milli hərəkat çərçivəsində fəaliyyət edən şəxslər və qrupların yaydığı bəyanatlarda qadın haqları və bu kimi məsələlərə kifayət qədər yer verildiyini irəli sürür.

“İranda edamlar olur, qadınlar və müxtəlif cinsi meyillərə qarşı təzyiqlər olur. Milli Hərəkat bunlara qarşı olduğunu yaydığı önəmli bəyanatlarında bildirib. Ancaq, diktaturaların idarə etdiyi sistemlərdə əməli olaraq addım atmaq çətin olur. İmkanlar çox məhduddur... Bu imkanlarla bunlardan yetərincə danışılır,” deyə Güney Azərbaycan Milli Demokratik Birliyi təşkilatının üzvü əlavə edir.

XS
SM
MD
LG