Accessibility links

İran Şahının ailəsi daha bir övladını itirdi, Əlirza Pəhləvi intihar etdi

  • Insafəli Hidayət

İran Şahının ailəsi daha bir övladını itirdi, Əlirza Pəhləvi intihar etdi

İran Şahının ailəsi daha bir övladını itirdi, Əlirza Pəhləvi intihar etdi

İndiyədək Əlirzanın ölümünün səbəbləri ilə bağlı heç bir məlumat yayılmayıb və sadəcə deyilib ki, "İranın milyonlarla gənci kimi o, İrandakı hadisələrdən narahatlıq keçirib və bu hisslərinə qalib gələ bilməyərək intihar edib”. Türkiyə mətbuatı və BBC isə onun tapança ilə özünü öldürdüyünü irəli sürüb.

İranın son şahının ikinci oğlu Əlirza Pəhləvi dünən Amerikanın Boston şəhərindəki evində intihar edib. Xəbəri Şahın böyük oğlu Rza Pəhləvinin saytı yayıb. Saytda Pəhləvi ailəsinin başsağlığı elanı da yer alır. Şah ailəsinin ikinci övladı Əlirza Pəhləvinin 44 yaşı var idi.

İran Şahının ailəsi daha bir övladını itirdi, Əlirza Pəhləvi intihar etdi

İran Şahının ailəsi daha bir övladını itirdi, Əlirza Pəhləvi intihar etdi

Bundan 8 il əvvəl şahın sonbeşik qızı Leyla Pəhləvi 31 yaşında London bir hotelində yuxu dərmanı atmaqla özünü öldürüb.

İndiyədək Əlirzanın ölümünün səbəbləri ilə bağlı heç bir məlumat yayılmayıb və sadəcə deyilib ki, "İranın milyonlarla gənci kimi o, İrandakı hadisələrdən narahatlıq keçirib və bu hisslərinə qalib gələ bilməyərək intihar edib”. Türkiyə mətbuatı və BBC isə onun tapança ilə özünü öldürdüyünü irəli sürüb.

İran Şahının ailəsi daha bir övladını itirdi, Əlirza Pəhləvi intihar etdi

İran Şahının ailəsi daha bir övladını itirdi, Əlirza Pəhləvi intihar etdi

Əlirza Məhəmmədrza Pəhləvi və Fərəh Pəhləvinin 3-çü övladı və ikinci oğlu idi. Onların iki qızı və iki oğlu olub, bir qızı və bir oğlu intihar edib. Fərəh Diba Təbrizdə azərbaycanlı ailəsində dünyaya gəlib və 1959-cu il dekabrın 21-də (1338-ci il) Pəhləvi sülaləsinin ikinci şahının üçüncü xanımı olub. Xarici qüvvələr, xüsusi ilə də ingilislər Məhəmmədrza Pəhləvini İkinci Dünya müharibəsi zamanı atası Rza şah Pəhləvinin taxt-tacına gətirib. Rza Pəhləvi Qacar ordusunun komandirlərindən biri olub. O, Qacarlar əleyhinə üsyanda iştirak edərək 1921-ci il fevralın 22-də (1299-cu ilin İsfənd ayının 3-ü) Tehranı işğal edib. 1925-ci ildə (1304-cü il) Qacar və İran türklərinin hakimiyyətinə son qoyan Pəhləvi sülaləsi taxta çıxıb. Rza şah özünü "Kəbir" (Böyük) adlandırsa da İran tarixində "diktaror" kimi qalıb.1941-ci ildə (1320) müttəfiq qüvvələr onu Afrikaya sürgün edib. Rza şah 3 il sonra Cənubi Afrikada sürgündə ikən dünyasını dəyişib.

Məhəmməd Rza şah taxta çıxandan sonra bir müddət İranda qüdrətə malik olmayıb. Amma Pişəvəri rəhbərliyindəki Azərbaycan Milli Hökumətinin devrilməsi onun dövründə baş verib. Tarixçilərin yazdığına görə, o, 20 mindən 35 minədək azərbaycanlını qətlə yetirib.

Nəhayət, Ayətullah Ruhullah Xomeyninin başçılıq etdiyi İslam inqilabı 1979-cu il fevralın 11-də (1357-ci il bəhmən ayının 22-si) şah hakimiyyətinə son qoyub və həmin vaxtdan onun ailəsi Amerikada yaşayır.

XS
SM
MD
LG