Accessibility links

Kanadalı yazıçı Alis Munro ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb



Kanadalı yazıçı, hekayə ədəbi janrının tanınmış nümayəndəsi Alis Munro 2013-cü il ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. İsveç Akademiyasının açıqlamasında 82 yaşlı yazıçını “müasir hekayə ustası” adlandırıb.

Alis Munro hekayə yazmağa yeniyetmə yaşlarından başlayıb. On illərdir kitabları nəşr edilən Alis Munro bir sıra ədəbi mükafatların laureatı olub, Kanadanın ən yüksək ədəbi mükafafatına layiq görülüb. Ədəbiyyat üzrə Nobel mükafatı onun yaradıcılığının ən yüksək zirvəsi hesab edilir. Alis Munro bu ilin əvvəli bundan sonra yazıçı fəaliyyətini dayandıracağını elan edib.

Alis Munro ədəbiyyat üzrə Nobel mükafatı alan 13-cü qadın yazıçıdır. O deyib ki, Nobel mükafatı insanların hekayə janrını da ciddi janr hesab edilən roman kimi yüksək sənət nümunəsi olaraq qəbul etməsinə yardım edə bilər.
XS
SM
MD
LG