Accessibility links

ABŞ-ın Virginia ştatında polis canlı yayım zamanı iki tele-jurnalistin ölümünü araşdırdığı bir vaxt hadisə qurbanlarının xatirəsi anılır.

WDBJ Televiziya kanalının sabiq işçisi Vester Flanaqan şübhəli şəxs Roanok şəhəri yaxınlığında yerli biznesmenlə müsahibə zamanı Alison Parker və operator Adam Varda atəş açıb.

Televiziya kanalında aparıcı Parkerin sevgilisi onunla birgə çəkdirdiyi şəkilləri bölüşüb.

Polis qətldə təqsirli bilinən şəxsin hadisədən sonra özünü öldürdüyünü deyib. Onun ailə üzvləri hadisə qurbanlarının ailə üzvlərinə başsağlığı verib.

“Ürək ağrısı və dərin kədərlə Alison Parker və Adam Varda başsağlığı veririk. Biz Viki Qardnerin səhətinin yaxşılaşması üçün dua edirik” – deyə Vesterin ailə dostu Amber Boumen bildirib.

Ailə atəş açan şəxsin ABC kanalına göndərdiyi manifest barədə şərh verməyib. Manifestdə Vester özünü partlamaq üzrə olan barıd çəlləyi kimi təsvir edib.

Viki Qardner yerli xəstəxanada müalicə edilir.

XS
SM
MD
LG