Accessibility links

Azərbaycan və Türkiyə prezidentləri görüşüb


İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan

Aprelin 25-də prezident İlham Əliyevin Azərbaycanda işgüzar səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, görüşdə iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Yüksək səviyyəli görüşlərin əməkdaşlığın inkişafı baxımından önəmi vurğulanıb. Əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirilib.

Prezidentlər Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətini vurğulayıb və bu tədbirin beynəlxalq əməkdaşlıq işinə töhfə verdiyini qeyd edib.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

XS
SM
MD
LG