Accessibility links

Prezident Əliyev Barak Obamanı təbrik edib


Prezidentlər İlham Əliyev və Brak Obama

Prezidentlər İlham Əliyev və Brak Obama

Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların və şəxsən Barak Obamanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında səylərinə böyük ümidlər bəsləyir

Azərbaycan prezidenti İlham Əliyev Barak Obamanı yenidən Amerika prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

“Seçkilərdə qələbəniz dost Amerika xalqının Sizə inam və etimadının, həyata keçirdiyiniz daxili və xarici siyasət xəttinə dəstəyinin real ifadəsidir.

Azərbaycan ilə Amerika Birləşmiş Ştatlarını bütün sahələrdə səmimi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri birləşdirir. Dünyanın enerji təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq terrorizmə qarşı mübarizə, münaqişə zonalarında sülhün və sabitliyin əldə edilməsi işində birgə iştirakımız dövlətlərarası münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir.

İnanıram ki, Sizin növbəti prezidentliyiniz dövründə Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı maraqlara və ümumi dəyərlərə əsaslanan strateji tərəfdaşlığımız daha da genişlənəcək və möhkəmlənəcək, ölkələrimiz birlikdə beynəlxalq təhlükəsizlik, iqtisadi inkişaf və demokratik islahatlar sahəsində sıx əməkdaşlığı uğurla davam etdirəcəklər.

Azərbaycan, həmçinin iyirmi ildən artıq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların və şəxsən Sizin səylərinizə böyük ümidlər bəsləyir”.
XS
SM
MD
LG