Accessibility links

Prezident İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, prezident Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

Azərbaycan prezidenti iki ölkənin hüquq mühafizə orqanları arasında münasibətlərin uğurlu inkişafına toxunub, müvafiq qurumların işgüzar əlaqələrinin mövcud olmasının, qarşılıqlı informasiya mübadiləsi aparılmasının və birgə tədbirlərin keçirilməsinin regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından önəmini qeyd edib.

Faşizm üzərində Qələbənin 70 illiyinin Azərbaycanda yüksək səviyyədə keçirildiyini deyən Əliyev qələbənin qeyd olunması ənənələrinin davam etdirilməsi və tarixi ədalətin qorunub saxlanılması üçün ümumi mövqeyin formalaşdırılması baxımından önəmini vurğulayıb.

Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev də iki ölkə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.

Patruşev yüksək səviyyəli görüşlərin, o cümlədən Azərbaycan və Rusiya prezidentlərinin faşizm üzərində qələbənin 70 illiyi münasibətilə Moskvadakı təmaslarının ikitərəfli münasibətlərin genişləndirilməsi və əlaqələrin möhkəmləndirilməsi baxımından önəmini qeyd edib.

Məlumatda görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparıldığı bildirlir.

XS
SM
MD
LG