Accessibility links

Vladimir Putin: Rusiya çalışacaq ki, Dağlıq Qarabağ münaqişəsinin kompromisli və tərəflər üçün məqbul həll variantını tapsın


İlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin

Azərbaycan prezidenti İlham Əliyevin və Bakıda səfərdə olan Rusiya prezidenti Vladimir Putinlə görüşü olub.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, dövlət başçıları görüş zamanı çıxış edib.

APA agentliyinin məlumatına görə, Vladimir Putin deyib ki, Rusiya, Azərbaycan və İran Xəzərdə yeni layihələri müzakirə edə bilər.

O qeyd edib ki, bu layihələr energetika və nəqliyyat sahələrini əhatə edə bilər.

"Üçtərəfli formatda görüşün təşkilinə görə sizə minnətdaram, bu da sizin təşəbbüsünüzdür. Bizim doğrudan da bu formatda müzakirə edəcəyimiz məsələlər var” deyən Putin üçtərəfli formatda iqtisadi-ticarət əlaqələrinin diversifikasiyasını da istisna etməyib.

Prezident Putin Dağlıq Qarabağ münaqişəsindən danışarkən deyib ki, “Rusiya çalışacaq ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin kompromisli və tərəflər üçün məqbul həll variantını tapsın".

İlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin

O bu problemin Azərbaycan və Ermənistan üçün nə qədər ağrılı məsələ olduğunu anladığını bildirib.

"Biz çalışacağıq ki, hər iki ölkə kompromisli, lakin hər ikisi üçün məqbul olan həll yolunu tapsın. Bu məsələnin həllində qalib iki ölkənin xalqı olsun, hər iki ölkə hiss eləsin ki, bu çətin məsələni bu günün və gələcək nəslin maraqları çərçivəsində həll edib”.

Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə Dağlıq Qarabağ nizamlanmasındakı fəal iştiraka görə təşəkkür edib.

İ. Əliyev Rusiyanın münaqişənin həllindəki rolunu xüsusi vurğulayıb. O xatırladıb ki, iyunda Sankt-Peterburqda keçirilən görüş bu mövzuya həsr olunub.

Əliyev bildirib ki, Azərbaycan və Rusiya prezidentlərinin mütamadi görüşləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ikitərəfli münasibətlərin inkişafına yeni impuls verir.

“Beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edirik, siyasi dialoq, iqtisadi əlaqələr möhkəmlənir”.

O həmçinin qeyd edib ki, yeni format olan Rusiya, Azərbaycan və İran liderlərinin üçtərəfli görüşü regionda ölkələrin iqtisadi əməkdaşlığının inkişafına və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG