Accessibility links

Mixeil Saakaşvili: Bakı-Tbilisi-Qars layihəsinin sual altına alınması bir cinayətdir


Azərbaycan prezidenti İlham Əliyev vəGürcüstan prezidenti Mixeil Saakaşvili.

Azərbaycan prezidenti İlham Əliyev vəGürcüstan prezidenti Mixeil Saakaşvili.

Gürcüstan prezidenti Azərbaycanda səfərdədir. Görüşlərdə ikitərəfli əlaqələr və birgə layihələr ətrafında fiklir mübadiləsi aparılıb

Fevralın 27-də Gürcüstan prezidenti Mixeil Saakaşvili həyat yoldaşı ilə birlikdə, mühafizəçilərsiz Bakıya rəsmi səfərə gəlib.

Saakaşvilinin aeroportda jurnalistlərə deyib ki, o, 5 həftədən çoxdur – baş nazir öz mühafizəçisini dövlət mühafizə xidmətinin rəhbəri təyin etdikdən sonar, mühafizəçisiz gəzir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva - prezident Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva - prezident Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs.

Nümayəndə heyətinin tərkibinə Tbilisinin meri və həyat yoldaşı, keçmiş baş nazir Nika Gilauri və parlament üzvləri daxildir.

Azərbaycan və Gürcüstan prezidentləri arasında təkbətək və geniş tərkibdə görüş olub.

Prezident Əliyev bildirib ki, iki ölkə arasında münasibətlər çox sınaqlardan keçiv, ən yüksək səviyyəyə çatıb, bundan yüksəyini təsəvvür etmək yəqin ki, çətindir.

“Konkret layihələr həyata keçirilir, onlar ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdırır. Gələcək üçün də yaxşı perspektivlər var. Bunu təmin etmək üçün inamlı inteqrasiya kursunu, beynəlxalq sahədə səylərimizin əlaqələndirilməsini davam etdirmək lazımdır. Sizinlə başladığımız konkret iqtisadi və infrastruktur layihələrinin uğurla başa çatdırılması da regionda sabitliyə və xalqlarımızın rifahına şərait yaradacaqdır”.

Dövlət başçısı deyib ki, səfərin gündəliyi çox genişdir.

“Bizim gündəlikdə müxtəlif xarakterli çoxlu məsələlər var. Vacibdir ki, onların hamısı müsbət və səmərəli həll edilir. Güman edirəm ki, Sizin budəfəki səfərinizin yekunlarına əsasən, biz əməkdaşlığın daha da möhkəmləndirilməsinin konkret yollarını da müəyyən edəcəyik”, Əliyev qeyd edib.

Prezident Saakaşvili deyib ki, Gürcüstanın Baş naziri də hökumət nümayəndə heyəti ilə Azərbaycanda olub.

“Mən başa düşürəm, Gürcüstanda hakimiyyətdə kim olur-olsun, onlar Azərbaycanın əhəmiyyətini bilirlər, onlar başlanmış fəaliyyət kursunu davam etdirməyə bilməzlər. Bu kurs Gürcüstanda icra hakimiyyətinin başında kimin dayanmasından asılı deyildir. Çünki bu, iki xalq arasındakı kursdur. Bu kursun alternativi yoxdur. Ölkələrimiz arasında sadə vətəndaşlar, biznes, hökumətlər, prezidentlər, baş nazirlər səviyyəsində çox dərin strateji tərəfdaşlığın inkişaf etdirilməsindən fərqli heç bir inkişaf variantı yoxdur”, o qeyd edib.

Prezidentlər mətbuat üçün bəyanatla da çıxış edib.

Azərbaycan prezidenti bildirib ki, bu gün iki ölkəni və regionu, Avropa qitəsini bərabər icra etdikləri layihələrsiz təsəvvür etmək mümkün deyildir.

“Biz Sizinlə bərabər enerji məsələlərinin həlli üçün çox böyük səylər göstərmişik, böyük uğurlara nail olmuşuq. Neft-qaz kəmərlərinin çəkilişi və enerji təhlükəsizliyi məsələlərinin həlli - bütün bunlar bizim birgə səylərimiz nəticəsində mümkün olan məsələlərdir.

Hazırda biz yeni böyük layihənin icrası ilə məşğul olmağa başlamışıq. Əminəm ki, TANAP layihəsi Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa üçün yeni böyük imkanlar açacaqdır. Eyni zamanda, nəqliyyat məsələlərinin həllində də böyük işlər görülmüşdür. Əminəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu uğurla başa çatdırılacaq və həm Gürcüstan, Azərbaycan üçün, həm də bölgə və dünya üçün böyük əhəmiyyətə malik bir məsələ olacaqdır”, dövlət başçısı bildirib.

Gürcüstan prezidenti isə deyib ki, inqilabi layihə olan Bakı-Tbilisi-Qars layihəsinin də başa çatdırılması çox vacibdir.

“Mən ümid edirəm ki, ilin sonunadək bu layihə başa çatdırılacaqdır. Bu, hər iki ölkə üçün tarixi bir şansdır, bizim Avropaya açılan qapımızdır, Avropa qitəsinə çıxışımızdır. Ona görə də mən ümid edirəm ki, bu layihənin həyata keçirilməsinə istənilən maneələrin törədilməsi bizim milli maraqlarımıza ziddir. Bu, bir fəlakət ola bilər. Ona görə də bu layihənin sual altına alınması bir cinayətdir. Ona görə mən hesab edirəm ki, bu layihənin heç bir alternativi yoxdur. Bunun əksi bizim milli maraqlarımıza xəyanət ola bilər. Ona görə də mən şübhə etmirəm ki, bu layihə bizim Avropaya, NATO-ya istiqamətlənmiş yolumuzdur və bu layihə sıx əməkdaşlıq şəraitində başa çatdırılacaqdır. Eyni zamanda, bizim tərəfdaşımıza və dostumuz olan Türkiyə də burada mühüm rol oynayır. Mən şübhə etmirəm ki, bu layihənin icrası başa çatdırılacaqdır”.

Onun fikrincə, Gürcüstanın iqtisadi təhlükəsizliyi Azərbaycan tərəfindən təmin edilib.

“Bu soyuq qış aylarında Azərbaycanın fədakarlığı bizi xilas etmişdir və bu, gürcü millətinin, Gürcüstan dövlətçiliyinin bir növ xilas edilməsi olmuşdur. Bir daha vurğulamaq istərdim ki, Gürcüstanın ərazi bütövlüyü də Azərbaycan qədər heç bir ölkə tərəfindən dəstəklənməmişdir. Ərazi bütövlüyü məsələsi çox mühüm bir məsələdir. Bütün Qafqaz haqqında danışanda ərazi bütövlüyü fundamental prinsipdir və bu, başlıca əhəmiyyət daşımalıdır. Bizim bu istiqamətdə siyasətimiz aydındır”, president qeyd edib.
XS
SM
MD
LG