Accessibility links

ABŞ Senatının Kəşfiyyat üzrə Xüsusi Komitəsinin sədr müavini Azərbaycan prezidenti ilə görüşüb


Prezident İlham Əliyevin ABŞ Senatının Kəşfiyyat üzrə Xüsusi Komitəsinin sədr müavini senator Saksbi Çamblisslə görüşü

Prezident İlham Əliyevin ABŞ Senatının Kəşfiyyat üzrə Xüsusi Komitəsinin sədr müavini senator Saksbi Çamblisslə görüşü

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətləri müzakirəb edilib

Prezident İlham Əliyev mayın 30-da ABŞ Senatının Kəşfiyyat üzrə Xüsusi Komitəsinin sədr müavini senator Saksbi Çamblissin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, mayın 29-da Bakıda “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumunun yüksək səviyyədə keçirildiyini vurğulayan Əliyev ABŞ-dan 300-dən artıq nümayəndənin iştirak etdiyi tədbirdə iki ölkənin tərəfdaşlığına dair aparılan məhsuldar müzakirələrin önəmini qeyd edib.

ABŞ Senatının Kəşfiyyat üzrə Xüsusi Komitəsinin sədr müavini senator Saksbi Çambliss iki ölkə arasında bir çox sahələrdə yaxşı tərəfdaşlıq əlaqələrinin inkişafına görə İlham Əliyevə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən enerji, terrorizmə qarşı mübarizə, təhlükəsizlik və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilib, əməkdaşlığığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.
XS
SM
MD
LG