Accessibility links

Allahşükür Paşazadə: Sünni-şiə məzhəbləri arasında ayrıseçkilik salmaq yolverilməzdir


Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə

QMİ sədri Azərbaycanın bütövlüyünün və dövlətçiliyinin hər şeydən önəmli olduğunu bildirib

"İstər vəhhabi, istər nurçu, istər təkfirçi, istər sünni, istərsə də şiə olsun, biz onlara qarşı mübarizə aparacağıq. Əgər mənim başıma bir iş gəlsə, davamçılarım bu işi davam etdirəcək".

Bu barədə Qafqaz Müsəlmanları İdarəsində (QMİ) din xadimləri üçün keçirilən təkmilləşdirmə kursunun açılışında QMİ sədri, şeyxulislam Allahşükür Paşazadə deyib.

O, bildirib ki, Azərbaycanın bütövlüyü və dövlətçilik hər şeydən önəmlidir. "Qarabağ boyda dərdimiz ola-ola, o qədər tarixi abidələrimiz məhv ola-ola biz onun qeyrətini çəkməkdənsə, bir şuşalının Suriyada vuruşması nə qədər məntiqə uyğun ola bilər? Onları öyrədərək ora göndərib sünni-şiə məzhəbləri arasında ayrıseçkilik salmaq yolverilməzdir. Nə üçün biz sünni-şiəyə ayrılmalıyq? Nə üçün biz bununla düşmən üçün imkan yaratmalıyıq? Bizə dəfələrlə müraciət edirlər ki, Suriyaya gedən oğullarını qaytarmaq istəyirlər. Hətta oğullarının ölü qayıtmasına da razıdırlar. Allah, İslam, Quran bunu deyirmi?", şeyxülislam sual edib.

A. Paşazadə xatırladıb ki, 33 ildir şeyxülislamdır. “Mən təkmilləşdirmə kursundakı insanlara öz övladlarım kimi baxıram. Onları Azərbaycan dövlətçiliyinə, həqiqi islama xidmət edən insanlar kimi görmək istəyirəm”, o qeyd edib.
XS
SM
MD
LG