Accessibility links

Qafqaz Müsəlmanları İdarəsinin sədri Vatikanın mədəniyyət nazirini qəbul edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Roma Papası Fransiski Azərbaycana səfərə dəvət edib.

Allahşükür Paşazadə noyabrın 4-də Roma Papasının nümayəndəsi, Vatikanın mədəniyyət naziri kardinal Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Paşazadə Roma Papasının Azərbaycana gəlişini arzuladığını deyib: “Mən çox arzu edərdim ki, Roma Papası Azərbaycana gəlsin və mən rəsmən onu ölkəmizə dəvət edirəm".

QMİ sədri özünün də Vatikana getmək arzusunda olduğunu bildirib.
XS
SM
MD
LG