Accessibility links

Qafqaz Müsəlmanları İdarəsinin sədri İranın Ali Dini Lideri ilə görüşüb


Allahşükür Paşazadə və Seyid Əli Xamenei ilə görüşüb

Allahşükür Paşazadə və Seyid Əli Xamenei ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə İran səfəri çərçivəsində ölkənin Ali Dini Lideri Ayətullah əl-üzma Seyid Əli Xamenei ilə görüşüb.

Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə görüş zamanı İranın dini rəhbəri islam aləmini təhdid edən dini radiklizm və ekstremizm problemləri və ondan çıxış yolları haqqında öz fikirlərini açıqlayıb.

Görüşdə din adı ilə törədilən cinayətlərin islamla heç bir əlaqəsi olmadığı və belə halların islama və bütün bəşəriyyətə qarşı bir təxribat olduğu vurğulanıb.

Xatırladaq ki, Allahşükür Paşazadə noyabrın 23-dən 25-dək İranda səfərdə olub.

O İranın Qum şəhərində “Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında” mövzusunda keçirilən Beynəlxalq konfransda iştirak edib.

XS
SM
MD
LG