Accessibility links

Qafqaz Müsəlmanları İdarəsinin sədri ABŞ-a səfər edib


Allahşükür Paşazadə ABŞ-da səfərdədir

Allahşükür Paşazadə ABŞ-da səfərdədir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə ABŞ-a rəsmi səfər edib. Bu barədə Report.az saytı QMİ-nin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Xəbərdə deyilir ki, şeyxülislam sentyabrın 24-də Nyu-York şəhərində “Vicdana çağırış” Beynəlxalq Fondunun 50 illik yubileyinə həsr olunan mərasimdə iştirak edib.

A.Paşazadə fondun xəttilə hər il dünyada böyük xidmət sahibi olan nüfuzlu şəxsiyyətlərə ilin mükafatının təqdim olunması münasibətilə təşkil olunan mərasimə dəvət olunub.

Yubiley mərasimindən öncə şeyxülislam A. Paşazadə Nyu-Yorkda “Vicdana çağırış” Fondunun prezidenti A. Şnayerlə görüşüb.

Daha sonra QMİ sədri mərasimə dəvət olunan bir sıra tanınmış dövlət və din xadimləri ilə görüşüb.

Report.az saytı bildirir ki, ikitərəfli görüşlər çərçivəsində şeyxülislam A. Paşazadə, həmçinin, Amerika erməni kilsəsinin başçısı arxiyepiskop X.Barsamyanla görüşüb. Görüş zamanı Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə ədalətli həllinin tapılması yönündə dini liderlərin səylərinin əhəmiyyəti və görüşlərin davam etdirilməsi zərurəti vurğulanıb.

XS
SM
MD
LG