Accessibility links

Almaniyanın Heydelberq şəhərində maşınla 3 adamı vuran şəxs zərərsizləşdirilib


Almaniyanın Heydelberq şəhərində maşınla 3 adamı vuran şəxs güllələnib. Piyadaların birinin öülümünə səbəb olan 35 yaşlı alman ciddi şəkildə yaralanıb.

Uzun sürməyən qarşıdurmadan sonra əlində bıçaq olan hücumçu zərərsizləşdirilib.

Polis hücumun terror aktı olmadığını bildirsə də, hücumun motivlərinin bəlli olmadığını deyib. Hazırda hadisə ilə bağlı istintaq aparılır.

Hücum zamanı aldığı yaralardan 73 yaşlı alman kişi vəfat edib. 32 yaşlı avstriyalı kişi və 29 yaşlı Bosniya-Hertsoqovina vətəndaşı olan qadın xəstəxanaya çatdırılıb.

Milad bazarı, Berlin
Milad bazarı, Berlin

Bunabənzər hücum dekabr ayında həyata keçirilib. Almaniya rəsmilərinin bildirdiyinə görə, Berlində Milad marketinə yük maşınınn sürülməsi terror aksiyası olub. Hücum 12 adamın ölümü, onlarla insanın xəsarət alması ilə nəticələnib.

Hadisə yerindən qaçmağa nail olan sürücü az sonra nəzarət altına alınıb. Media xəbərlərində sürücünün bir il əvvəl ölkəyə daxil olan pakistanlı olduğu bildirilib.

XS
SM
MD
LG