Accessibility links

Almaniya 50 iranlı dissidentə siyasi sığınacaq təklif edildiyini bildirib


Almaniya 50 iranlı dissidentə siyasi sığınacaq təklif edildiyini bildirib
Almaniya 50 iranlı dissidentə siyasi sığınacaq təklif edildiyini bildirib

Almaniyanın Xarici İşlər Nazirliyinin sözçüsü ötən il İranda prezident seçkilərinə etiraz edən 50 dissidentə siyasi sığınacaq təklif edildiyini bildirib. Almaniyaya artıq İrandan 12 dissident gedib. Qalanlarının isə gələn həftə gedəcəyi gözlənilir

Almaniyanın Xarici İşlər Nazirliyinin sözçüsü ötən il İranda prezident seçkilərinə etiraz edən 50 dissidentə siyasi sığınacaq təklif edildiyini bildirib. Almaniyaya artıq İrandan 12 dissident gedib. Qalanlarının isə gələn həftə gedəcəyi gözlənilir. Onların əksəriyyətinin sənədi hazırda Türkiyədə prosesdən keçirilir. Almaniya əvvəlcə 20 iranlıya sığınacaq verilməsini planlaşdırırdı. Lakin isnan hüquqları müdafiəsi qrupları və Almaniyada yaşayan iranlıların təzyiqi altında onların sayı artırılıb. İranda seçkilərdəndən sonrakı aksiyaların həbs edilən 2 mindən artıq iştirakçısının 80-nə qarşı cinayət ittihamları irəli sürülüb, onların 15 ilədək həbs cəzasına məhkum edilməsinə dair hökm çıxarılıb. Bir necəsi isə ölüm cəzası ilə üzləşib.

XS
SM
MD
LG