Accessibility links

Avropa İttifaqı ABŞ-dan cavab gözləyir


Yüksək rütbəli Avropa İttifaqı rəsmiləri Almaniyada nəşr olunan jurnalda ABŞ milli təhlükəsizlik təşkilatının casusluq fəaliyətlərinin bir hissəsi olaraq qurumun ofislərinə dinləmə cihazı yerləşdirdiyinə və daxili kompüterlərin şəbəkələrinə daxil olduğuna görə Birləşmiş Ştatlardan məsələyə aydınlıq gətirməsini tələb edib.

Avropa parlamentinin prezidenti Martin Şulz bildirib ki, əgər yayılan məlumat doğru olsa bu, ittifaqla ABŞ münasibətlərinə ciddi təsir göstərəcək.

Lüksemburq xarici işlər naziri Jan Asselborn Zaqrebdəki çıxışı zamanı ABŞ-ı öz kəşfiyyat orqanlarına nəzarət edə bilməməkdə təqsirləndirib.

Keçən şənbə günü Almanyanın həftəlik “Der Spiegel” jurnalı ABŞ milli təhlükəsizlik təşkilatının Avropa İttifaqının Vaşinqton, Brüssel və Nyu-Yorkdakı BMT ofisinə dinləmə cihazları yerləşdirdiyinə, kompüterlərə daxil olaraq telefon danışıqlarını, e-mailləri və başqa sənədləri izlədiyinə dair xəbər yayıb.

Jurnal milli təhlükəsizlik təşkilatının sabiq işçisi Edvard Snoudenin yaydığı məxfi sənədlərdən sitat gətirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG