Accessibility links

Almaniyada polis Berlin və digər şəhərlərdə reydlər keçirib


Ötən həftə İslam Dövləti qrupu üçün döyüşçü toplamaqda şübhəli bilinən iki nəfəri həbs etdikdən sonra Almaniya polisi Berlin və ölkənin digər şəhərlərində 13 evdə reyd keçirib.

Polis nümayəndəsi bildirib ki, reydlər edilən evlərin sakinlərinin iki nəfər şübhəli ilə əlaqələri olduğu ehtimal edilir.

Deutsche Welle yayım xidməti bildirib ki, evlərinə reydlər edilən insanlarla şübhəli kimi rəftar edilməyib. Lakin onların kompüterlərindəki məlumatlar müsadirə edilib.

Fransada bu ayın əvvəli terror hücumlarından sonra Avropa boyu polis qüvvələri təhlükəsizlik tədbirlərini gücləndirib.

XS
SM
MD
LG